Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran rejimi sabah yıxılmayacaq, belə əlamət yoxdur” - Şərifə Zuhur

İran son illərin ən böyük etiraz dalğasına şahidlik edir. Aksiyalar üçüncü ayına doğru irəlilədikcə gənclər geri addım atmırlar...

PİA.az xəbər verir ki, Yaxın Şərq İslam və Strateji Araşdırmalar İnstitutunun direktoru, doktor Şərifə Zuhurun sözlərinə görə, son tətil qərarları həmin etirazlar qədər mühümdür.

Qeyd. Doktor Şərifə Zuhur eyni coğrafiyada sosial elmlər, terrorizm, regional münasibətlər və feminist hərəkatlar üzrə akademik araşdırmaları, həmçinin Berkeley Universitetində və Yaxın Şərq Araşdırmaları Mərkəzində bölgə ilə bağlı araşdırmaları ilə məşhur bir addır. Bir müddət Pentaqona aid olan ABŞ Ordusu Hərbi Kollecində mühazirə oxuyan Dr. Zuhur 2009-cu ildə islamofobiya və anti-müsəlman ritorikasına qarşı çıxdığı üçün vəzifəsindən uzaqlaşdırılıb.

Universitetlərdə Tələbə Günü...

1953-cü ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təşkil etdiyi çevriliş nəticəsində ölkədə milliləşdirmə hərəkatına rəhbərlik edən o vaxtkı baş nazir Məhəmməd Müsəddiq devrildikdən sonra, ABŞ-ın o vaxtkı vitse-prezidenti Riçard Nikson 7 dekabr 1953-cü ildə ölkəsinin Məhəmməd Rza şahı dəstəklədiyini təsdiq etmək üçün Tehrana səfər etmişdi. Bu səfərə etiraz edən Tehran Universitetinin tələbələrindən üçü təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü…

69 il sonra Tehran çox fərqlidir

Bu dəfə etirazlar 1979-cu il İslam İnqilabından bəri hakimiyyətdə olan molla rejiminə qarşıdır. Tehran Universitetinin iranlı tələbələri Çilinin sosialist lideri Salvador Allende hökuməti üçün bəstələnmiş “Heç bir qüvvə mütəşəkkil xalqa qalib gələ bilməz”, himnini tərcümə edib oxuyurlar.“Qadına həyat, hürriyyət, köləlik yaxasından qurtulacağıq”, deyirlər.

Liderlər dəyişsə də, İran xalqının, xüsusən də gənclərin üzləşdiyi problemlərin dolaşıqlığı çox da dəyişmir.

İslam İnqilabından sonra siyasətdən, iqtisadiyyatdan, hüquqdan və ictimai həyatdan kənarlaşdırılmağa çalışılan İran qadınlarının hüquqları məhdud olsa da, qaçılması lazım olan çox şey var.

Qanunla hüquqları bir çox cəhətdən məhdudlaşdırılan qadınların səsi sentyabrın ortalarından xeyli yüksəlib. Bu dəfə onlar təkcə ölkənin paytaxtı Tehranda deyil, ölkənin hər yerindədir.

Həbsxanada öldürülən 22 yaşlı Məhsa Əminin qətlinə qarşı başlayan nümayişlər əvvəlcə lisey və universitetlərə, sonra isə özündən çox yaşlı və çox fərqli baxış bucağı olan ticarətçilərə sirayət etdi. Elə bu məqamda ətrafa əxlaq polisinin ləğv olunduğu xəbəri yayıldı. Xəbər İran Baş prokurorunun iclasda verdiyi açıqlamaya əsaslansa da, hökumət bu xəbəri təsdiq etmədi.

İran prezidenti İbrahim Rəisi ölkə hakimiyyətinə qarşı etirazlara qulaq asmaq lazım olduğunu desə də, İran lideri Əli Xamneyiyə qarşı “Qəhr olsun diktator” şüarlarının əleyhinədir.

"Bu gün ona diktator deyirlər. Diktator kimdir? ABŞ, şübhəsiz ki, güclü İran istəməz. Onlar işğal etdikləri Əfqanıstan, Suriya və Liviya kimi İran istəyirlər. İran bu ölkələrdən fərqlidir", deyə Rəisi bildirib.

Amma Rəisi ölkədə hicab tələbinin yumşaldılıb yumaşdılmayacağından, əxlaq polisinin ləğv edilib edilməyəcəyindən, rejimin gənclər də daxiil olmaqla İranın böyük bir hissəsinə qarşı qeyr-məhdud hakimliyindən bəhs etməyib.

“Əxlaq polisi yoxdursa, Bəsic var”

İran hökumətinin hicab siyasətini ləğv etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri “qəsdli” hesab edən Zuhur məhkəmə sisteminin mühüm rəsmisi ilə müsahibənin yanlış şərh edildiyini düşünür. O, əxlaq polisi olmasa belə, ölkədə çadra taxılmadığı üçün cinayət məsuliyyətinə cəlb olunan qanunların olduğunu xatırladır:

“Əxlaq polisi olmasa belə, Bəsic var, ordu var, vətəndaş həbsləri var. İran vətəndaşı hicab taxmadığına görə başqa bir vətəndaşı həbs edə bilər. Elə qanunlar var ki, insanları hicab taxmadığına görə məsuliyyətə cəlb edir. Ona görə də hamı yanlış xəbəri eşitcək, “Ah! Əladır, oldu!”, deyə düşündü. Bir çox KİV-lər bildiriblər ki, hökumət hicab siyasətinə yenidən baxır. Bu haqda düşünürlər, düşünürlər. Amma bu barədə kimin düşündüyünü bilmirik. Ali rəhbər Xamneyinin yanına gedərlərsə, baş örtüyünün məcburi olmasına güclü dəstək verdiyini görərlər. Və əslində İranda hamı belədir”, deyə Zühuri bildirib.

Dr. Şərifə Zuhur

Tacirlərin etirazlara “Sakit və Dəyərli” dəstəyi

Etirazların dozası təkcə ölkənin universitetlərində deyil, İran küçələrində də artır, bu etirazlar “Diktatora ölüm!”, “Molla rejimi məhv ediləcək!” şüarları ilə müşayiət olunur.

İran İslam Respublikasının ən qüdrətli siyasi hakimi, ruhani lider Ayətullah Əli Xameneyinin plakatları gecə saatlarında meydanlarda yandırılır. Dükan sahibləri də aksiyaları hansısa formada dəstəkləyirlər, ən azı dükanlarının jalüzlərini sakitcə çəkərək.

Bəs, İrandakı aksiyaların yaxın gələcəkdə mövcud sistemi sıxışdırması mümkündürmü?

İslam və Strateji Araşdırmalar İnstitutunun direktoru dr. Şərifə Zuhur ehtiyatlı cavab verməyə üstünlük verir. Əslində, o, ötən günlərdə bu məsələ ilə bağlı oxşar suala cavab verməkdə çətinlik çəkən İsrail kəşfiyyatı MOSSAD rəhbərinin sözlərini xatırladır:

“Açığı, bir sosial elm adamı kimi bu sualın cavabını bilmirəm. Eyni sual İsrail kəşfiyyatının rəhbərinə də verilib. Onlar bəyan edib ki, İranda hökumətin mövqeyini dəyişməsi, əhəmiyyətli islahatlar aparması və etirazçılara qarşı zorakılığı azaltması ehtimalı azdır. Bir gün bu, ola bilər, amma o gün hələ gəlməyib. Aylardır qarışıqlıq, ümumi tətil var. Bu, həqiqətən vacibdir. Mağaza sahibləri tətil edir. Bu səbəbdən Tehranda bütün bazarlar və İranın bir çox şəhərlərində mağazalar bağlanıb. Bu, yük maşını sürücülərindən və neft-qaz işçilərindən kənarda gördüyümüz ilk tətil növüdür. Keçən il belə aksiyalar olub. Etirazların son dalğasında ümumi tətillər və işlərin dayandırılması baş verdi. Dükan sahiblərinin tətil etmələri vacibdir və onları mağazaları yenidən açmağa məcbur edə bilməzlər”.

İrandakı etirazlarda “Z nəsli”nin təsiri

Dr. Şərifə Zuhurun sözlərinə görə, İran İslam Respublikası 2009-cu ildəki aksiyalarda olduğu kimi istənilən üsyan və hətta islahat yönümlü üsyan cəhdlərinə qarşı özünü çox güclü şəkildə müdafiə edir. Bununla belə, Zuhur deyir ki, nümayişlərdə iştirak edən çoxlu sayda insan hələ də mövcud rejimi dəstəkləyir. Onun diqqət çəkdiyi məqam dünyada bir çox siyasətçinin gənclərdən, başqa sözlə Z nəslindən qorxmasıdır:

“Etirazçıların çoxu çox gəncdir. Onlar bəzi yaşlı insanlar kimi qonaqpərvər deyillər. Daha idealist olurlar. Həqiqətləri tam bilmirik, amma 400-dən çox ölüm var. Təxminən 14,000 və ya bəlkə də daha çoxu insan həbs edilib. Bu yerdə “Valideynləri nə edəcək?” düşünə bilərsən. Ölən və həbs edilənlər əsasən çox gənclərdirsə, müəyyən bir nöqtədə onların valideynləri “buna dəymədiyini” söyləyəcəklər. Onlar “evdə qal” və ya “onları ruhdan salmağa çalışmalıyıq”, fikrinə qapıla bilərlər. Misir və Tunisdə baş verən inqilablardan fərqli olaraq, İranda baş verənlər qısa və sürətli deyil. Daha yavaşdır və biz hərbçilərin və ya polisin fikirlərini dəyişməsinə dair heç bir əlamət görmürük”, deyə Zuhur İrandakı son vəziyyəti şərh edərkən deyib.

13 il əvvəlki hərəkətlərlə indikinin fərqi nədir?

Bəs bu gün İranda baş verənlərlə 13 il əvvəl baş verənlər arasında nə fərq var?” Yəni “Yaşıl İnqilab” hərəkatından?

Dr. Zuhurun araşdrımaları bu istiqamətdədir:

İranda etirazlar qadınlarla başlayıb.İndi etirazlarda iştirak edənlərin yaşa görə tərkibi gənclikdən kənara çıxır.Biznesmenlərə və fəhlələrə qədər çatır. Ölkədəki kürd əhaliyə, sonra isə digər azlıq qruplarına yayılır. Bəlucistanda və Əhvazda olduğu kimi”.

Xatırladaq ki, 2009-cu ildə o vaxtkı prezident Mahmud Əhmədinejad seçkilərdə qalib gəldiyini elan etdikdən sonra müxalifət fəalı 26 yaşlı Nida Ağa Sultan asayiş qüvvələri tərəfindən güllələnərək öldürüldü. O vaxt ölkədə indiki kimi gərginlik yüksək idi. Lakin qətlə yetiirlən gənc qadın üçün təşkil edilən anım proqramının keçirilməsinə belə, icazə verilmədi.

Zuhurun sözlərinə görə, fərq bugünkü aksiyaların İranın daha geniş ərazilərinə yayılmasındadır:

“Məncə, onların “yaşıl inqilab” adlandırdıqları hərəkatda iştirak edənlərin nəsil bir az yaşlıdır. Təbii ki, bura dövrün universitet tələbələri də daxil idi. O zaman etirazçılar rejimin onlara qarşı zorakılığından heç bir dəyişikliyə icazə verilməməsindən şoka düşdülər və sonunda təslim oldular.

Yaxud da əsasən gizlində etdiklərini etməyə çalışdılar. Əyləndilər, “dəlilik” etdilər... Nə qədər gizli çılğınlıq etmiş olsalar da, öldürülmədən akademik və ya sənət karyeralarını davam etdirdilər.

Hökumətin onlara təslim olmayacağı xəbərini alanda, bu yolu seçdilər. Məncə, son hadisələr tamam fərqlidir. Amma bunun nə qədər vaxt aparacağını bilmirik. Cəmiyyətin digər təbəqələrinin də nə qədər iştirak edəcəyini bilmirik. Amma yaşlı, ağbirçək xanımların da baş örtüyü çıxardığını görmüşük. Dükançıları da gördük! Mağaza sahiblərinin çoxu gənc deyil. Və onlar İranda “bazarçı” adlanan təbəqəyə mənsubdurlar. Yəni ənənəvi olaraq orta və aşağı təbəqəni təmsil edən çox dindar təbəqənin üzvləridirlər”.

Zuhur: Sabah rejim yıxılmayacaq, belə bir işarə yoxdur

Yaxın Şərq İslam və Strateji Araşdırmalar İnstitutunun direktoru dr. Şərifə Zuhur belə bir əlamət olmadığı üçün rejimin sabah yıxılmayacağını bildirir:

“Əslində sabah rejim yıxılmayacaq. Rejim müdriklik göstərmədi və etirazlara boyun əymələrinə dair heç bir əlamət görünmədi. Ancaq müdrik olsalar, valideynin azadlıq istəyən gəncə edə biləcəyi kimi, daha əvvəllər verilməyəni verməklə ilk addımı ata bilərlər.

İranda gərginliyin yeganə səbəbi hicabdırmı?

Etirazçıların çoxu molla və din xadimlərini ələ salır. Qrup halında onların əmmaməsini çıxarıb ələ salır. Bu, əslində cəmiyyətdə bəyənilməmənin simvolu olaraq edilən bir xatırlatmadır. Amma məsələ dini simvoldan qaynaqlansa da, Şərifə Zuhurun nəzərində əsl məsələ bu deyil:

“Ümumiyyətlə, İslam dünyasında, sünni dünyasında islami dirçəliş var. İranda İslam inqilabından sonra getdikcə daha çox qadın, hətta üsyan edəcəyini düşündüyünüz gənc qadınlar da hicab geyinməyə üstünlük verirlər, çünki onlar uyğunlaşmaq istəyirlər.

Cəmiyyətin qalan hissəsi ilə yanaşı, başqalarına daha dindar olduqlarını göstərmək istəyirlər. Bu, həqiqətən, daha böyük, daha çox sayda normaya çevrildi və yoxa çıxmadı. Yəni ABŞ və ya Kanadaya mühacirət etmiş qadınlar belə, ümumiyyətlə, baş örtüyü ilə yaşayırlar, onu tərk etmirlər.

Başqa bir nəsil də var ki, hicab repressiyasını çox güclü simvol hesab edir. Və bunun üstündən gənc qadının öldürülə bilməsi hadisəsi... İnsanların döyülməsi, insanların işini itirməsi, çadra taxmamağa sövq edilməsi artıq həmin nəslin diqqətindədir. Bu, bir neçə ildir ki, davam edir.

Ancaq yeganə problem bu deyil. Yəni bunun əsası rejimin nə qədər zülmkar olmasıdır. İnsanları əzmək üçün gözlənilməz bir şey seçə bilərmi? Məsələn, İran futbol komandasının verdiyi həmrəylik simvoluna baxın. İnsanlar İranın futbol komandasını alqışlamadılarmı? Onları alqışladılar. Hamı bilir ki, hökumət onların idmançılarını cəzalandıracaq. Deməli, əsas problem rejimin hamıya qarşı nə qədər zülmkar olmasıdır”.

Qərbin “sosial media” dəstəyi davam edirmi?

Əmininin İranda həbsdə olarkən öldürülməsindən sonra başlayan etirazlar Qərb dünyasının diqqətini çəkib. Sosial mediada dəstək aksiyalarında dünyanın hər yerindən çoxlu qadın iştirak edib. Aktyorlar, həmçinin Aminin saçlarına istinad edərək, öz saçlarını kəsdirərək iranlı qadınlarla həmrəylik mesajları paylaşıblar.

Məsələn, ispan aktrisa Penelope Cruz kimi...

Yəni bütün bunlar əslində bir növ dəbə çevrilibmi?

Ancaq dəstəyin ilk günkü kimi isti olmadığı da çox açıq-aşkar görünür.

Dr. Zuhur hər halda sosial medianın əhəmiyyətinə işarə edir:

“Məncə, bu (durğunluq) İranda aksiyaların aylardır davam etməsi ilə bağlıdır. Mediada diqqəti bilirsiniz. Diqqət müddəti həqiqətən 48 saatdan çox deyil.

Eləcə də bəzi məşhurlar Ukraynanı çox güclü dəstəklədilər. Hər gün media platformalarında danışmadıqları üçün əslində hər şeyi izləmirlər. Sosial şəbəkələrdən istifadə edərək hadisələrə təsir etməyə çalışan insanlar var.

Videonu paylaşaraq ingilis, fransız və ya alman dillərində izah edirlər. İctimai maraqları qorumaq, nə olursa olsun, ictimai mənafeyi həyata keçirmək üçün bunu edirlər. Amma bu insanların ardıcıllarının çoxu əslində təsəvvür etdiyiniz kimi iranlıdır. İranlılar ərəb dünyasını tənqid edərək soruşur ki, niyə bizi izləmirlər, niyə bizi dəstəkləmirlər? “Arab News” hər gün İran haqqında xəbər verir. Amma Ərəb dünyasında da bütün media azad deyil. Ona görə də İranla yaxşı münasibətləri olan Qətər və Oman kimi ölkələrdə hökumət əleyhinə hər şeyi açıqlamalarını gözləmək olmaz. Ancaq heç olmasa, buna əməl etməyə çalışırlar. Ona görə də sosial medianın faydalı olduğunu düşünürəm”, deyə Zuhur bildirib.

Tərcümə PİA.az-a aiddir

Mənbə: The Independentturkish

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar