Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Azərbaycana kartof-soğan ixracına qadağa qoydu

“Soğanla bağlı ajiotaj yaşadığımız bir məqamda, "əri döyən arvadı, it də tutar bir yandan" məsəli olmasın, qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq”

Bu haqda kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli xəbər verib.

Bəs u addımın bazarımıza təsirləri necə olacaq?

N.Nəsirlinin fikrincə, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

“Xüsusən, kartof məsələsində. İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzindən İrandan Azərbaycana nə kartofun, nə də soğanın gətirilməsinə inanmıram. Çünki ölkədə kifayət qədər rezervlər var”.

Ekspert deyir ki, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək:

“İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki,
ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın”.

İranın aidiyyəti qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar.

N.Nəsirlinin sözlərinə görə, son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir.

İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır”.(modern.az)

pia.az


Etiket: İran Kartof Soğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar