Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka kreditlərinə çıxış imkanları sadələşdirilib


“Azərbaycan İpoteka Fondu” ASC-də “Elektron ipoteka” sisteminin (EİS) Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb


Fonddan “APA-Economics”ə verilən məlumata görə, 01 avqust 2017-ci il tarixdən etibarən Elektron İpoteka Sistemi “Elektron Hökumət Portalı”nın real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək.
 
Belə ki, bundan sonra “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imzanı (www.asanimza.az) əldə etməlidir.
 
Qeyd edək ki, “Elektron ipoteka” sistemi (EİS) Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən təmin edilir.
 
EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar