Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar bir-birini öldürüb yeyəcək


Amerikanın Nostradamusu ləqəbini qazanmış Cerald Selente də ABŞ-ın və dünyanın gələcəyi haqqında bədbin düşünür


O, inqilabın olacağı və 1929-cu ildəki “Böyük depressiya”dan daha dəhşətli böhranın olacağını proqnozlaşdırır.

“Acların qiyamı olacaq, işsizlərin, evsizlərin, müflis olmuşların və kasıbların kütləvi etirazları başlanacaq”, - deyə Amerikanın Nostradamusu hesab edir.

O, aclığın baş alıb gedəcəyini deyir, hətta bayramlarda belə yeməyin tapılmayacağını proqnozlaşdırır:

“Mən təkcə onun demirəm ki, insan əti yeyiləcək. Həm də onu görürəm ki, Milad bayramında hansısa yeməyi tapmaq ən yaxşı hədiyyə olacaq”.

Cerald bunları deyəndə çoxları ona dəli, yaxud manyak olaraq baxırdı. Lakin onun proqnozlarına ABŞ KİV-nin yanaşması maraqlıdır.

CNN: “Biz nə vaxt əsas tendensiyaları bilmək istəyiriksə, Cerald Seleynteyə müraciət edirik”.

CVNC: “Cerald Selente qədər yaxşı proqnozçu yoxdur. Bu adam nə haqda danışdığını yaxşı bilir”.

Nyu-York Post: “Nostradamus sağ olsaydı çətin ki, Cerald Selente ilə ayaqlaşardı”.

“The Wall Street Journal”: “Kimə ciddi proqnoz lazımdırsa, Trendlərin Tədqiqatı İnstitutuna (Cerald Selentenin rəhbərlik etdiyi qurum-red) müraciət edir”.

C. Selenta Trendlərin Tədqiqatı İnstitutuna 1980-ci ildən rəhbərlik edir. İnstitut əsasən iqtisadi analitiklərlə çıxış edir, həmçinin, aylıq jurnal dərc edir. Vaxtilə o, SSRİ-nin dağılacağını qabaqcadan xəbər verirdi. Həmçinin, 1987-ci ildə maliyyə böhranını, 1997-ci ildə Asiyada valyuta böhranını və 2008-ci ildə dünya maliyyə böhranını da öncədən açıqlamışdı.

Vaxtilə o, İran İslam İnqilabını da öncədən xəbər vermişdi. Heç kim İran şahının devriləcəyini düşünmürdü, lakin Cerald 1979-cu ildə inqilabın baş verəcəyini açıqladı. Ardınca da bütün pullarını qızıl və neft birjasına yatırdı. Beləliklə, o inqilabdan sonra böyük pullar qazandı.

Yeri gəlmişkən, Selente nadir analitiklərdən biri idi ki, Trampın qələbə qazanacağını proqnozlaşdırırdı.

Selente Obamanın gedəcəyini hələ 2012-ci ildə proqnozlaşdırmışdı. Lakin bu doğru çıxmadı. Hərçənd, çoxları onun ABŞ-ın gələcəyini düzgün gördüyünü, sadəcə olaraq vaxtla bağlı yanlışlığa yol verdiyini hesab edir.

Artıq ABŞ-da mitinqlər və nizamsızlıq başlayıb. Bu ölkənin gələcəyi həyəcanlıdır. (publika.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar