Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan əti yeyən deputat, məhkumundan çox nəzarətçisi olan türmə – Dəhşətli həbsxana

Rusiyanın Qazaxıstanla sərhədində yerləşən həbsxanaya qorxudan kimsə yaxınlaşa bilmir. Səbəbi isə odur ki, burada ölkənin ən qorxunc qatilləri saxlanılır

Terroristlərin də saxlanıldığı bu həbsxanada qatillər təxminən 3500 insanın həyatına son qoyub. Bu da hər məhbus başına ən az beş cinayət deməkdir.

“Çernıy delfin” (“Qara delfin”) adı verilən bu həbsxana sözün əsl mənasında dəhşət saçır. Burada dünyanın ən dəhşətli qatillərindən cəmi 700 nəfəri yaşayır.

Ən maraqlı məqamlardan biri də həbsxananın adını da məhkumların özlərinin yaratmasıdır. Həbsxananın girişində məhkumlar tərəfindən qara delfin inşa edilib. Həbsxanaya da elə bu adı (qara delfin) məhkumlar özləri verib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən azı 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.

1973 –cü ildə anadan olan Vladimir Nikolayev vaxtilə, Putinin bundan əvvəlki prezidentliyi dövründə millət vəkili olub. Hazırda Vladimir Nikolayev bu qorxunc həbsxanada saxlanılır.

Məşhur rus mafiyasının üzvü olan sabiq millət vəkili eyni zamanda bələdiyyə sədri də olmuş zəngin iş adamlarından biri idi. Lakin sonradan millət vəkilinin adamyeyən olduğu aşkara çıxıb. Qulağa bir az qəribə gəlsə də, həbs edilən deputatın ittihamı məhz bu cürdür.

Həbsxanada ona nəzarət edən gözətçilər ciddi şəkildə hər kəsin ondan qorxduğunu və onun insanlara bir nahar yeməyi kimi baxdığını deyir.

Deputat həbs olunduğu yeni dönəmlərdə ona gətirilən yeməyi yemirmiş, “mənə insan əti gətirin” deyə saxlanıldığı kamerada qışqırırmış.

Həbsxanada bu cür dəhşətli və qorxunc məhkumlar olduğu üçün təhlükəsizlik tədbirləri üst səviyyədədir. Həbsxanada məhkumdan daha çox gözətçi var. Məhkumların sayı 700, gözətçilərin sayı isə 900 nəfərdir. Bu gözətçilər illərdir hər 15 dəqiqədən bir məhkumların saxlanıldığı kameralara nəzarət edirlər. 200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan indiyədək azadlığa çıxan da olmayıb.(musavat.com)

pia.az


Etiket: Rusiya həbsxana

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar