Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İkinci açar Ermənistanın əlindədir“


“Rusiya Qarabağın açarını elə dərinlikdə gizlədib ki...”


Bakıda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Kremlin əlindədir. Əlbəttə, bu ifadə yeni deyil. Uzun illər Azərbaycan siyasətçiləri, sahə ekspertləri bunu bildiriblər. Ancaq bu ifadənin Rusiya hakimiyyətinə çox yaxın, hətta Putinin demək istədiklərini deyən biri olan Jirinovski tərəfindən səsləndirilməsi maraq doğurur.

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, münaqişənin açarlarından yalnız biri Kremldədir, o biri ikisi isə AzərbaycanErmənistandadır. Ekspertə görə, istənilən halda münaqişənin həli bu üç dövlətdən keçir: “Heç kim bizə torpaqlarımızı işğaldan azad etməyi qadağan edə bilməz. Lakin məsələnin praktik tərəfi və sualları var. Azərbaycan ordusu Ağdam, Füzuli və digər rayonları azad etmək üçün hərbi əməliyyata başlasa, Ermənistan Qarabağdan kənar istiqamətlərdə, məsələn, TovuzQazaxda və ya digər sərhədboyu istiqamətlərdə bizə problem yaratmayacaq ki? Və ya Rusiyanın Ermənistana hərbi dəstəyi özünü hansı şəkildə və necə göstərəcək? Bu iki sual açıq qaldığı üçün də Azərbaycan əlində olan açardan istifadə etməyə tələsmir. İkinci açar Ermənistanın əlindədir. Yəni əgər İrəvan sonsuzadək Azərbaycan və Türkiyə ilə düşmənçilik etmək istəmirsə, qonşularla əlaqələri normallaşdırıb regional əməkdaşlığa qoşulmaqla bölgəyə sülh, sabitlik və Ermənistana inkişaf gətirmək istəyirsə, əlindəki açardan istifadə edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına və qaçqınların geri qayıtmasına şərait yaratmalıdır. Sadəcə, Ermənistanda mövcud olan indiki kriminal və separatçı rejimin belə bir addım atacağını gözləmək əbəsdir. Deməli, Ermənistanın əlində olan açar paslanmaqda davam edəcək”.

E.Şahinoğlu deyir ki, hazırda şərtlər xeyli dərəcədə dəyişib və Rusiyanın özünün durumu elə də yaxşı deyil. Ekspertə görə, indiki şəraitdə Rusiyanın özünün Azərbaycana ehtiyacı var: “Hazırda Rusiyanın quyruğu qapı arasındadır. Krımın işğalına və Ukraynanı parçaladığına görə Rusiya Qərbin sərt sanksiyaları ilə üz-üzədir. Kreml özünü o yerə qoymasa və ”bu sanksiyalar bizə təsir etmir" desə də, Rusiyanın maliyyə və iqtisadi vəziyyəti xeyli ağırlaşıb. Ərzaq və meyvə məhsullarına ehtiyacı yaranıb. Ona görə də Azərbaycana işləri düşüb, bizdən bol-bol meyvə-tərəvəz istəyirlər. Rusiyadan gələn-gedənin sayı-hesabı yoxdur, hətta Vladimir Jirinovski kimi anti-Azərbaycan və anti-türk mövqeli siyasətçisi belə Kremlin əmri ilə Bakıya gəlir və mövqeyində 180 dərəcə dəyişiklik edərək başlayır bizi tərifləməyə. Moskvanın meri də iş-gücü atıb nahaqdan Bakıya gəlməyib. Moskva qışa hazırlaşır, meyvə və tərəvəzə ehtiyacı  var. Belə olan halda anlaşılmaz vəziyyət nədədir? Rusiya ağır vəziyyətdə müttəfiqi Ermənistandan yox, bizdən kömək istəyir,  ancaq Dağlıq Qarabağ məsələsində yenə İrəvanın yanındadır".

Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti Rusiya ilə yaxınlaşmaq siyasəti yürüdür. E.Şahinoğlu deyir ki, Rusiyadan rəsmilərin nəvazişlə qarşılanıb, mehribanlıqla yola salınmasının əsas məqsədi Kremlin Qarabağ siyasətinin dəyişməsidir. Ancaq hələlik bu dəyişiklik hiss olunmur: “Əlbəttə, münasibətin dəyişməsini hər birimiz istəyirik, hətta buna görə Jirinovskiyə də Bakıda dözməyə hazırıq. Məsələn, əməldə sübut olunsa ki, Moskvanın vasitəçiliyi ilə işğala son qoyulacaq və Dağlıq Qarabağ Azərbaycanın tərkibində həyata davam edəcək, Avrasiya İqtisadi Birliyi ilə Gömrük İttifaqına üzvlüyü də müzakirə etmək mümkündür. Ancaq axı Rusiya əməldə bizə heç nə göstərmir, ortada sadəcə yalançı vədlər var, deyirlər ki, ”bizim qurumlara qoşulun, sonrası düzələn işdir". Bu vədə inanıb Rusiyanın layihələrində yer almaq bizi Kremlin təsiri altına salacaq və belə olan halda Azərbaycanın Ermənistandan fərqi qalmayacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin açarını qoyub seyfə və həmin seyfin açarını da elə dərinlikdə gizlədib ki, ondan istifadə etməyə nə istəyi, nə də həvəsi var".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar