Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki şər arasında: Trampın seçkilərdəki qələbəsi ABŞ-ı haralara aparacaq...

Həlledici dəyişikliklər olmasa, ABŞ-da 50-ci illərdən bəri ilk dəfə eyni namizədlər arasında ardıcıl iki dəfə duel olacaq...

Poliqon xəbər verir ki, fransalı politoloq Dominik Moizi “Les Echos” jurnalında dərc olunan məqaləsində Tramın qələbəsinin ABŞ üçün nəticələrini araşdırıb. Politoloq bildirib ki, Donald Trampın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qələbəsi ABŞ-ı ölkənin yaranmasından bəri ən ciddi institusional böhrana sürükləyəcək. Ekspert hesab edir ki, Co Baydenin qələbəsi möcüzəvi müalicə olmayacaq.

Politoloq hesab edir ki, 2020-ci il seçkiləri kimi, qarşıdan gələn səsvermə də ilk növbədə Trampın lehinə və ya əleyhinə referendum olacaq. Moizi əmindir ki, namizədlər arasında fərq yenə minimal olacaq.

Ekspert etiraf edib ki, Bayden bir vaxtlar Hillari Klinton kimi həssas və “seçilməz” ola bilər. Moizi vurğulayıb ki, Baydenin 81 yaşı onun qələbəsinə böyük maneədir və o, 77 yaşlı Trampın çox da cavan olmadığını unutdurur.

Moizinin fikrincə, Trampın qələbəsi ABŞ-da hakimiyyətə “qisas ruhu ilə idarə olunan” adamı gətirəcək.

“O, mafiya başçısı kimi düşmənlərini cəzalandırmaq və dostlarını mükafatlandırmaq niyyətindədir. Tramp şokedici açıqlamaları belə ciddi qəbul edilməli olan adamdır. O öz şəxsi maraqlarını ABŞ-ın maraqlarından üstün tutan adamolaraq tarixə düşəcək”, deyə politoloq qeyd edib.

Analitik hesab edir ki, Tramp nəyin bahasına olursa olsun Baydeni zəiflətməyə, hətta Konqresdə Ukraynaya yardımın qarşısını almaqla Rusiyaya kömək etməyə hazırdır. Ümumiyyətlə, Moizi Trampı “xaos olmasa da, qeyri-müəyyənliyin təminatı” adlandırıb.

Baydenin qələbəsinə gəlincə isə Moizinin fikrincə bu, ABŞ-ı ən pis vəziyyətdən qaçıra bilər. Lakin Nümayəndələr Palatası çox güman ki, Respublikaçıların əlində qalacaq, ona görə də ölkədə həddindən artıq qütbləşmə davam edəcək. Həmçinin Moizo qeyd edir ki, ikinci müddətində Bayden çətin ki, ölkənin fundamental problemlərini həll etmək üçün enerjiyə sahib olsun.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. NBC News telekanalının bu yaxınlarda keçirdiyi sorğuya görə, Trampı seçicilərin 47 faizi, Baydenin isə 42 faizi dəstəkləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar