Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

Bazar müdirinin qanunsuz olaraq “yer haqqı”nın qaldırmasından Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə şikayət edən vətəndaşlar şoka düşüblər...

Beyləqandan MilliYol-a daxil olan məlumata görə Beyləqanda fəaliyyət göstərən mal-qara bazarında acınacaqlı vəziyyət hökm sürür. Belə ki, rayon camaatının iddiasına əsasən Beyləqan heyvan bazarının müdiri Qəhrəman Qəhrəmanov tez-tez “yer haqqı” qiymətlərini qaldırır. Son qiymət artımını isə bazar müdiri Beyləqan rayonunun icra başçısı Asif Ağayevin ondan “aylıq” alması ilə əlaqələndirib.

MilliYol-a daxil olan məlumatda bildirilir ki, ötən həftə bazar müdiri Qəhrəman Qəhrəmanov mal bazarında qiyməti yenidən qaldırdığı üçün vətəndaşlar və mal-qara alveri ilə məşğul olan kçik sahibkarlar etiraz ediblər. Bazar müdirinin qanunsuz olaraq “yer haqqı”nın qaldırmasından Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə şikayət edən vətəndaşlar şoka düşüblər.

Belə ki, icra başçısı şikayətçilərin qarşısında açıq aşkar Qəhrəman Qəhrəmanovu dəstəkləyərək bazar müdirinin qiymətləri qaldırmasını adı hal adlandırıb. İcra başçısı bazar rəhbərliyinin başa düşülməsini, müəyyən xərclərinin yarandığını və ona görə də qiymətləri qaldırmaq məcburiyyətində olduğunu qeyd edib.

Rayon sakinləri iddia edirlər ki, Asif Ağayevin mal qara bazarı müdirinin “yeni xərclərinin yaranmasını” deməsi doğrudur. Çünki yeni başçı Qəhrəman Qəhrəmanova aylıq “xərac” kəsib ki, bu da bazar müdirini “yer pulu” haqqını qaldırmağa məcbur edib.

Qeyd edək ki, Qəhrəman Qəhrəmanov Səhiyyə Naziri Oktay Şirəliyevin yaxın adamı kimi tanınır. Bazar müdiri həm də Səhiyyə Sistemində bir çox tikinti tender işlərinin “qalib”i kimi də tanınır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... (MiliYol.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar