Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin 24 il əvvəl həyata keçirdiyi uğurlu Horadiz əməliyyatının ildönümü qeyd edilib


 Bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarlarını ziyarət ediblər.

Hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Horadiz əməliyyatı ilə 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi düşmən işğalından azad edilib: "1993-cü ildə mərhum prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda, döyüşçülərdə qələbəyə inam yarandı. Heydər Əliyevin xeyir-duası ilə hücum əməliyyatı keçirildi. Düşməni 25-30 kilometr qova bildik. Xeyli itkiyə məruz qalan erməni tərəfi Bişkek protokolunu imzalamağa məcbur oldu. Müharibə hələ bitməyib. 2016-cı ilin aprel ayında yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə sarsıdıcı zərbələr endirildi. Aprel döyüşləri Horadiz əməliyyatının davamı idi. Düşmən hələ də bu zərbədən özünə gələ bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin imkanları erməniləri qorxuya salıb".

 Qeyd edək ki, 1993-cü ilin dekabrından başlayaraq 1994-cü ilin fevralına kimi davam edən hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilib. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə bir neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar