Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hollandiyadan gözlənilməz addım - Rusiyaya qarşı qoyulan sanksiyaları ləğv olundu

Avropada iqtisadi durğunluq müşahidə olunarkən Hollandiya höküməti mübahisələrə səbəb olan bir qərar açıqlayıb...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Hollandiya höküməti tərəfindən verilən son açıqlamalarda Hollandiyanın Rusiyaya qarşı sanksiyalardan geri çəkildiyi bildirilib.

Hollandiya höküməti Rusiyaya qarşı tətbiq edilən 91 sanksiyanı ləğv etdiyini açıqlayıb.

Məlumatda bildirilir ki, Rusiya bayrağı altında üzən 34 gəmiyə tətbiq edilən sanksiyalar aradan qaldırılıb və onların Hollandiya limanlarına yanaşmasına icazə verilib.

Rus oliqarxlara aid olan və hökümət tərəfindən dondurulan 13 mülk sahiblərinə qaytarılıb.

25 Hollandiya şirkətinin Rusiyanın qaz nəhəngi “Qazprom”dan təbii qaz və enerji sövdələşməsinə getməsinə icazə verilib.

150 Rusiya vətəndaşına, şirkətlərə, bələdiyyələrə, qurumlara və təhsil müəssisələrinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb.

13 qeyri-hökumət təşkilatına qarşı sanksiyalar ləğv edilib və “Rusiya ilə Aİ arasında dialoqun qurulmasına yardım etmək” üçün qanuni icazələr verilib.

Hollandiya şirkətlərinə Rusiya şirkətlərindən və hökumətindən ödəniş almağa icazə verilib.

Qeyd edək ki, Ukraynanın Rusiya tərəfindən fevralın 24-də başlayan işğalından sonra 27 Avropa ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Qərb Rusiyanı iqtisadi cəhətdən çətin vəziyyətdə qoyub müharibəni bitirməyi hədəflədiyi halda, Putin ən böyük kartını oynadı və Qərbin qazını kəsdi. Bundan sonra Avropada təbii qaz qiyməti həddindən artıq artdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar