Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib - Suraxanıda

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibəti ilə “Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər”
mövzusunda konfrans keçirilib

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.

Dövlət himnin səsləndirilməsi ilə konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan tarixində Heydər Əliyev səxsiyyətinin müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, Ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Tarix Heydər Əliyev yaratdı, Heydər Əliyev tarix yaratdı.

Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr edib. 
İlqar Abbasov bildirib ki, Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirib, aşınmadan xilas edib.

Ulu Öndər qeyd edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.”

Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.

Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində müstəsna xidmətləri barədə danışan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor hörmətli Ceyran Mahmudovaya qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətlər göstərib. Məhz Ümummilli Liderin mədəniyyət siyasəti nəticəsində qədim, zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ceyran Mahmudova Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması üçün əlindən gələni etdiyini vurğulayaraq qeyd edib ki, Ulu Öndər respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.

Ceyran Mahmudova milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Konfransda Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, filologiya elmləri doktoru, professor, Əməkdar İncəsənət xadimi Aqşin Babayev, Xalq artisti, kinorejisor, Əməkdar İncəsənət xadimi Oqtay Mirqasımov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Azərbaycanın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.

Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.

Bu gün Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
İlqar Abbasov vurğulamışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş möhtəşəm layihələr reallaşır.

Bu da milli-mənəvi dəyərlərimizin qounması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən siyasətin real nəticələridir.

Ulu Öndərin milli-mənəvi dəyərlərimizə göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir. Azərbayan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev adlı Ümummilli Lideri var.

Axşam isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev parkında rayon İcra Hakimiyyətinin və ”Lider” televiziyasının birgə təşkil etdiyi canlı yayımla konsert və sonda möhtəşəm atəşfəşanlıq olmuşdur.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay