Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesablama Palatası Vasif Talıbovun dövründə Naxçıvanda ciddi pozuntular aşkar edibmiş

“…2017-2022-ci illəri əhatə edən dövrdə ümumilikdə 18,7 mln. manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müraciət edilməmişdir”. Bu cümlə Hesaplama Palatasının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamara dair hesabatından götürülüb.

Palatanın 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir ki,
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən keçirilən KDMN (Kənar dövlət maliyyə nəzarəti) tədbirləri bir sıra nəzarət obyektləri tərəfindən büdcə layihələrinin düzgün tərtib edilmədiyini deməyə əsas verib. Belə ki, obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən əvvəlki illərin faktiki göstəriciləri nəzərə alınmamış, tələbat düzgün müəyyənləşdirilməmiş və smeta əsassız artımlarla tərtib edilib. İlin sonunda nəzarət obyektləri tərəfindən təsdiq olunmuş smetaların iqtisadi təsnifatın paraqrafları üzrə istifadə edilməmiş vəsaitlərinin azaldılaraq ehtiyat fonduna yönəldilməsi hallarına rast gəlinib. Auditlər zamanı 10 obyekt üzrə bəzi hallarda Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edilib. Auditlər zamanı nəzarət obyektlərində işçilərlə hesablaşmalar zamanı əməyin ödənişi üzrə bir sıra uyğunsuzluqlar müəyyən edilib. Belə ki, əmək məzuniyyətindən geri qaytarılmış işçi ilə hesablaşmalar və vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət və işdən azad olunan işçilərə son haqq-hesab düzgün hesablanmamış, ixtisas dərəcəsinin verilməsi zamanı staj nəzərə alınmamış, həmçinin nəzarət obyektlərində bəzi hallarda əməkdaşların vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblərin gözlənilməməsi, kənardan cəlb olunmuş işçilərlə xidməti müqavilənin düzgün bağlanılmaması kimi hallara da yol verilib. Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövrdə 13,5 min manat artıq və 4,2 min manat əskik ödəmələrin həyata keçirildiyi müəyyən edilib. 2017-2022-ci illəri əhatə edən dövrdə ümumilikdə 18,7 mln. manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müraciət edilməyib. Sadalananlarla yanaşı, ilkin uçot sənədlərinin tərtibində uyğunsuzluqlar və xidmət sahələrində gəlirlər üzrə vergi ödənişlərinin tam şəkildə həyata keçirilməməsi halları da müşahidə edilib.

Hesabatda həmçinin qeyd olunur ki, bir nəzarət obyekti üzrə 6,8 min manat vergi yayınması halı olub. Eyni zamanda, müvafiq sahələr üzrə maliyyə hesabatlarının düzgün tərtib olunması prosesində nəzəri və praktiki çatışmazlıqların mövcud olduğu da vurqulanır.

Qeyd edək ki, Hesabatda Naxçıvan MR-də pozuntu və nöqsanlara yol vermis dövlət qurumlarının adı çəkilmir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar