Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın İsrailə hücumunun siyasi nəticələri - Əsas hədəf nədir?

HƏMAS hərəkatının hərəkətləri Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin daha da normallaşmasının qeyri-mümkün olacağı vəziyyətə gətirib çıxara bilər...

Poliqon xəbər verir ki, bunu Çinin Global Times qəzeti çinli ekspertlərin rəyinə istinadən yazır.

“HƏMAS ehtiyat edir ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırarsa, digər ərəb ölkələri də bu addımı atacaq”, deyə ekspertlər bildirib.

Global Times-ın həmsöhbətləri bunun Fələstin üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyi qeyd edir. Müəlliflərin fikrincə, Fələstin ictimaiyyəti ərəb dövlətlərinin İsraillə yaxınlaşmasının qəti əleyhinədir.

Bəzi çinli ekspertlər hesab edir ki, HƏMAS-ın qəfil hücumu Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlara mane olmaqla yanaşı, həm də qarşılıqlı etimadı azaldacaq. Bu tərəflər arasında sülh və əlaqələrin inkişafına mane olacaq, regionda yeni reallıqlar yaradacaq. Həmçinin digər ərəb ölkələrinin də İsraillə normal münasibətlər qurmasının qarşısında ən azı bir neçə illik sədd çəkəcək

Amerikanın “National Interest” jurnalının köşə yazarı Karlos Roa da yazıb ki, HƏMAS-ın hücumu İsrail və Səudiyyə Ərəbistanı arasında yaranmaqda olan yaxınlaşmanı pozmaq məqsədi daşıyır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar