Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimin arvadını döyən sevgilisinə qadağa qoyuldu - Foto

Bakıda həkimin həyat yoldaşını döyən sevgilisinin ölkədən çıxışına qadağa qoyulub...

Poliqon metbuat.az-a istinadən xəbər verir ki, qadın hadisədən sonra Azərbaycanı tərk etmək istəyib. Əslən Quba rayonundan olan Aynur Sultanova hazırda Azərbaycanla yanaşı, həm də Türkiyə vətəndaşıdır. Hadisə ilə bağlı zərərçəkmiş Aynur Əsədli Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edəndən sonra A. Sultanova Azərbaycanı tərk etmək istəsə də, mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yerini müəyyən edərək saxlayıb. İzahatı alınan qadının barəsində araşdırma başlanıb və araşdırmalar bitənə qədər onun ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış həkim-onkoloq İbrahim Əsədlinin sevgilisi olduğu bildirlən A. Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed" klinikasında baş verib.

Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt A. Əsədli ilə həyat yoldaşı İ. Əsədli arasında mübahisə yaranıb. Mübahisə "Loğmed" klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisə nəticəsində A. Sultanova Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan, İ. Əsədlinin həyat yoldaşı Aynur Əsədli də həkimdir.

(Fotoda Aynur Sultanova)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Ən çox oxunanalar