Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: "Yoluxma hallarının artması həm dövlət, həm də əhali üçün təhlükə yaradır"

"Bu gün ölkədə yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Çünki artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq. Ona görə də kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və Allerqologiya şöbəsinin həkimi, terapevt-pulmonoloq Günel Sadıqova deyib.

Mütəxəssis qeyd edib ki, son dövrlərdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayında kəskin artım müşahidə olunur: "Halbuki iki həftə əvvəl ölkədə gündəlik yoluxma sayı 272 idi, bu gün həmin göstərici 1000-dən çoxdur. İnsanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması bu artımlara rəvac verir. İnsanlar elə hesab edir ki, məhdudiyyətlər olmadığından, virus yoxa çıxıb. Hətta insanlar bir-biriləri ilə öpüşüb görüşürlər. Unutmaq lazım deyil ki, pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni “Delta” ştammının nəinki qonşu ölkələrdə sürətlə artması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır. Çünki bu ştammın yayılma sürəti olduqca yüksəkdir”.

G.Sadıqova söyləyib ki, tətil mövsümü olduğundan vətəndaşlar səyahət zamanı yeni ştamma yoluxurlar: “Bu səbəbdən vətəndaşlarımız səyahət zamanı qoruyucu tədbirlərə xüsusilə diqqət etməlidirlər".

“Müşahidələrimiz onu deməyə əsas verir ki, bu gün xəstəxanaların reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin 90-95 %-i məhz peyvənd olunmayan insanlardır. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstənin səhhətinin ağırlaşması və ölüm hallarını kifayət qədər azaltmış olur. Əgər biz kütləvi peyvəndlənməni sürətləndirsək, məhdudiyyətlər tətbiq olunmadan virusun öhdəsindən gəlmiş olarıq”, - həkim bildirib.

Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar