Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç bir seçkidən imtina etmək olmaz” - Mirmahmud Mirəlioğlu

“Etiraf etmək lazımdır ki, son parlament seçkilərində bizim mövqeyimiz özünü doğrultmadı”

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə neçə vaxtdır danışılır. Amma onun real olduğunu hətta bu barədə danışanların özləri də bilmirlər. Belə ehtimal, fikir, yanaşma var, deyirlər, ondan o tərəfə nə isə deyilmir”.

Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri, KXCP sədri Mirmahmud Mirəlioğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya sədri bildirib ki, istənilən seçki bitən gündən etibarən növbəti seçkiyə hazırlıq başlayır: “Bizim Hərəkatda bununla bağlı məndə məlumat yoxdur. Epizodik nə isə deyilə bilər. Yaxud ola bilər kimsə desin ki, hərəkatda iştirak etməklə kimsə hansısa seçkidə iştirak etmək üçün istifadə etmək istəyir. Şəxsi fikir ola bilər. Amma hələlik konkret qərar yoxdur”.

Şəxsən özünün növbəti parlament seçkilərində iştirakı məsələsinə gəldikdə, M.Mirəlioğlu bunları deyib: “Mənim seçki ilə bağlı qərarım, təbii ki, KXCP-də müzakirə olunandan sonra verilə bilər. Etiraf etmək lazımdır ki, son parlament seçkilərində bizim mövqeyimiz özünü doğrultmadı. Yəni o zaman biz müttəfiqlərimizlə seçkidə iştirak etmək barədə qərar qəbul etdik. Lakin bizi seçkiyə buraxmadılar. Seçkidə iştirak etməyə razılıq almış, qeydiyyatdan keçmiş namizədlərimiz belə, etiraz etdilər, amma biz öncəki qərarımızın qüvvədə qalmasının tərəfdarı olduq. Bununsa yanlış olduğu qənaətindəyəm. İndi hansı qərar qəbul olunacaqsa, yəni növbədənkənar, yaxud növbəti seçki olacaqsa, zamana və şərtlərə uyğun olaraq qərar verilməlidir. Mən bu sahədə - təvazökarlıqdan uzaq da olsa - bir təcrübəli və mandatdan imtina etmiş şəxs olaraq hesab edirəm ki, heç bir seçkidən imtina etmək olmaz! Seçkilərdə iştirak etmək lazımdır, bu, vətəndaşların da təbii haqqıdır, buna qarşı çıxmaq olmaz! Bu, mənim subyektiv fikrimdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay