Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyəti ələ keçirən "Taliban" lideri Heybətullah Axundzadə kimdir? - Dosye

Taliban lideri Heybətullah Axundzadə Əfqanıstanda mövcud siyasi və hərbi mühitin ən önəmli simalarından biridir.

PİA.az Metbuat.az-a istinadən onun haqqında olan dosyeni təqdim edir:

Axundzadə, Əfqanıstanın cənubunda, Qəndəhar əyalətinin Penjvay mahalında 1960-cı ildə anadan olub.O, "Peştun Nurzay" tayfasındandır. Atası heç bir torpağa sahib olmayan kasıb bir kənd mollası olub. İlk təhsilini bölgədəki Diobend ənənəsinə bağlı bir mədrəsədə alan Axundzadə, Sovet işğalı dövründə ailəsi ilə birlikdə köç etdiyi Pakistanın Kuetta şəhərində mədrəsə təhsilini davam etdirib. Orta və ali təhsilini başa vurduqdan sonra zamanla hədis sahəsində ixtisaslaşmışdır.

Sovet-Əfqanıstan müharibəsi

Sovet işğalı zamanı o, Əfqanıstan müharibəsinə qatılaraq, "Hizb-i İslami Halis" və "Hərəkət-i İnqilab-ı İslam" qruplarında iştirak edib. Taliban liderlərinin əksəriyyəti, xüsusilə Qəndəhar bölgəsində bu illərdə müharibəyə qatılanlar Məhəmmədi qrupunun üzvləri idi. Müharibədən sonra Axundzadə, digər Taliban liderləri kimi vətəndaş müharibəsinə qatılmamaq üçün silahlarını yerə qoyaraq təhsil fəaliyyətlərinə davam edib. Hələ o dövrlərdə Heybətullah Axundzadə İslam elmləri sahəsində bölgəsinin ən tanınmış adlarından biri idi.

Talibanın qurulması

1994-cü ildə Talibanın qurulması zamanı hərəkatda, xüsusən təhsil fəaliyyətində böyük rol oynayıb. 1996-cı ildə Fərah əyalətində Taliban "Hisba" ya da İslam polisinin lideri olaraq xidmət edib. Tezliklə Qəndəhara qayıdaraq burada Taliban lideri Molla Ömərin nəzarəti altında "cihad mədrəsəsi"ndə təxminən 10 min tələbəyə dərs verməyə başlayıb. Axunzadə, Əfqanıstanın ən yüksək məhkəmə orqanlarından biri olan Əfqanıstan İslam Əmirliyinin Şəriət Məhkəmələrinin Baş hakimi vəzifəsində çalışmışdır. Molla Ömər də daxil olmaqla Taliban liderlərindən fətva istəyən ilk adam idi. 2001-ci ildə ABŞ-ın işğalından sonra, Taliban daxilində yüksək vəzifələrdə işini davam etdirib. Bu müddətdə o, Taliban "Üləma Komitəsi" nin rəhbəri təyin edilib.

Taliban liderliyi

2015-ci ildə Talibanın qurucu lideri Molla Məhəmməd Ömərin ölümü ilə hərəkatın lideri seçilən Molla Axtar Məhəmməd Mansurun müavini olub. Bu prosesdə o, Talibanın hərbi, hüquqi və sosial islahatlarında, hərəkatın orqanlarının yenilənməsində və Taliban sisteminin güclənməsində mühüm rol oynayıb. 2016 -cı ilin mayında Molla Mənsur ABŞ-ın hava zərbəsi nəticəsində öldürüldükdən sonra Taliban lideri seçilib. Heybətullah Axundzadə hərəkatın ən hörmətli və görkəmli simalarından biri kimi tanınırdı və onun Taliban rəhbərliyi dövründə hərəkat daha sistemli formalaşaraq daha da aktivləşdi. 2018-ci ilə qədər Taliban Əfqanıstanın təxminən 70 faizinə nəzarət edirdi və orada Axundzadə öz sistemini tətbiq edirdi.Talibanla ABŞ-ın razılığa gəldiyi dövrdə Axundzadə hərəkatın əldə etdiyi nöqtəyə görə Əfqanıstanda ən aktiv siyasi və hərbi adıdır.

Heybətullah hazırda Taliban lideridir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar