Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Çalışıram ki, Xankəndinin gələcək meri kimi müəyyən məsələlərə nəzarət edim...”

“Xankəndinin meri olmaq arzusundayam. Təhlükəli olsa da, Xankəndində ermənilərlə, separatçılarla dil tapıb, Azərbaycanın gələcəyi naminə işləmək istəyirik. Hazırda çalışıram ki, Şuşada keçirilən aksiya iştirakçılarının yanında olum, Xankəndinin gələcək meri kimi müəyyən məsələlərə nəzarət edim. Amma hələlik partiya sədrlərinin aksiyada iştirakına razılıq vermirlər. Deyirlər ki, məsələni siyasiləşdirməyə dəyməz...”

PİA.az Pravda-ya istinadla xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Vardanyanla rusların birgə iş birliyi nəticəsində Qarabağdakı təbii sərvətlər, faydalı qazıntı yataqları talanır:

“Çalışırıq ki, bunun qarşısını alaq. Dünyaya bunu sübut etmək istəyirik. Biz siyasilər aksiyada iştirak etsək, ermənilər buna siyasi don geyindirəcəklər.

Aksiyada patiyamızın rayon təşkilatlarının siravi üzvləri də var. Hər dəqiqə onlarla əlaqə saxlayır, məlumat alıram. Müəyyən tapşırıqlarımızı veririk. Amma bunu açıq şəkildə edə bilmərik. Çünki belə etsək, ermənilərin əlinə “kozır” düşəcək, deyəcəklər ki, məqsədləri artıq başqadır.

Doğrudur, bunu deməyə mənəvi haqları yoxdur, torpaq bizimdir, nə istəsək, edə bilərik. Sağlıq olsun. Düşünürəm ki, yaxın vaxtlarda fərmanımız veriləcək, Xankəndində oturub, işlərimizi görəcəyik. Soruşan, maraqlanan, bizi dinləyən insanlara minnətdaram. Narahat olmasınlar, Hafiz Hacıyev əqidəsindən dönməyib. Çətin hallarda da olsa, ən təhlükəli an da olsa, Xankəndində vaxtilə yaşayan insanların ora qayıtmasını, bizi eşitsələr, erməniləri də elə erməni terrorçularının əlindən alıb, dinc yaşamalarını təmin edəcəyik. Buna görə heç kim narahat olmasın. Biz hər dəqiqə canımızla, qanımızla çalışırıq, ürəyimiz Şuşadadır, aksiyada olmamağımıza baxmayaraq, partiyamızın bəzi üzvləri oradadır.

Partiya sədrlərinin əksəriyyəti ilə bu yöndə müzakirələr aparırıq. Lazım olsa, razılıq verilsə, biz də gedəcəyik...”

pia.az


Etiket: Hafiz Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar