Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Əliyev: "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam"

"Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".

"Report" xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.

70 kq çəki dərəcəsində titula sahib çıxan 32 yaşlı idmançı çox vacib qələbə qazandığını bildirib: "Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.

65 kq-da ikiqat olimpiya çempionu olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: "Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini də bilirəm”.

Dördqat Avropa və üçqat dünya çempionu olimpiadalarda bürünc və gümüş medal əldə etdiyini xatırladıb: "Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

Ən çox oxunanalar