Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın təhsil və elm naziri tədrisi Azərbaycan dilində aparılan orta məktəbdə “Son zəng” tədbirinə qatılıb

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən və tədrisi Azərbaycan dilində aparılan M.F.Axundzadə adına 73 nömrəli məktəbdə “Son zəng” tədbirində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.

“Bu gün gürcü həmkarım Giorgi Amilaxvari ilə birlikdə Tbilisi şəhərində yerləşən və tədrisi Azərbaycan dilində aparılan M.F.Axundzadə adına 73 nömrəli məktəbi ziyarət etdik və “Son zəng” tədbirində məzunların sevincini bölüşdük”, - nazir qeyd edib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə bu ölkədə səfərdədir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar