Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə 26 may Müstəqillik günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə ittiham edib...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı Gürcüstanın çətin problemlərlə üz-üzə olduğunu, xalq-hakimiyyət birliyi sayəsində təhlükələrin öhdəsindən gəlindiyini qeyd edib.

"Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - Kobaxidze deyib.

Baş nazir Gürcüstanın və onun müstəqilliyinin bu gün də ən çətin problemlərlə üz-üzə olduğunu, lakin bu gün gürcü cəmiyyətinin müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəli olduğunu deyib. Kobaxidze rəhbərlik etdiyi hökumətin Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində dayandığını əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar