Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülnarə Kərimova azadlıqdadır?

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun barəsində cinayət işi qaldırılan qızı Gülnarə Kərimova evə buraxılıb

 

Bu barədə “Fərqanə” informasiya agentliyi məlumat yayıb.

Sabiq prezidentin nəvəsi İman Kərimova anasının evə buraxılması haqda öz bloqunda yazıb. Onun dediklərindən belə məlum olur ki, G.Kərimova məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Özbəkistan Baş Prokurorluğunun nümayəndəsi isə RİA agentliyinə açıqlamasında sabiq prezidentin qızının məhkəmənin hökmünə uyğun olaraq cəzasını çəkdiyini bildirib.

"Fərqanə" informasiya agentliyinin diqqətini çəkən məqamlardan biri də İman Kərimovanın Instagram hesabında Daşkənddən Londona yola düşməsi haqda yazdığı məlumat olub.

İman və İslam Kərimovlar Gülnarə Kərimovanın uşaqlarıdır. İslam Kərimov son bir neçə il ərzində Londonda yaşayır, onu Özbəkistana buraxmırlar. O, hətta yanvarda Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

Qeyd edək ki, Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovaya 2015-ci ildə 5 il müddətinə həbs cəzası kəsilib.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar