Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü küləkdə xəsarət alanların sayı açıqlanıb - Yenilənib

Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb...

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

***

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.

Bu barədə İnstitutdan APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.

"Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar