Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıblar - Foto, Video

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb...

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib, iki nəfər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlı saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın heroin, 500 qram tiryək, 100 qram metamfetamin və 300 ədəd tramadol həbləri aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən onlara deyilən yerdən narkotik vasitələri götürüb, paytaxta aparmaq istəyərkən elə iş başında yaxalanıblar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Baş prokurordan beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı tapşırıq

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Ən çox oxunanalar