Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General-mayor jurnalisti yazısına görə cərimələtdirdi

Ağdam Rayon Məhkəməsində Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-mayor Ayaz Həsənovun “yenicag.az” saytının əməkdaşı Səxavət Məmmədə qarşı iddiası əsasında qərar çıxarılıb

Qərara əsasən, jurnalist general haqqında yazdıqlarına görə 200 manat cərimələnib.

A.Həsənov S.Məmmədə qarşı 100 min manatlıq iddia qaldırmışdı. Jurnalistin onun haqqında yazdığı məqalə ilə işgüzar nüfuzunun ləkələndiyini iddia edən general S.Məmməddən bu məbləğin alınıb, Silahlı Qüvvələlər Yardım Fonduna keçirilməsini tələb edirdi.

S.Məmməd bildirir ki, general onu mayın 25-də öz bloqunda yazdığı yazıya görə məhkəməyə verib. Onun sözlərinə görə, yazıdakı fikirlərin A.Həsənovun işgüzar nüfuzuna zərbə vurması barədə iddia əsassızdır:

“O yazının çox az bir hissəsində Ayaz Həsənovdan söhbət gedir. Düzü, eşidəndə ki, məni məhkəməyə verib, buna görə təəccübləndim”.

Jurnalist sözügedən yazıdan bir gün sonra həbs olunmasını yada salır.

Mayın 27-də S.Məmməd alimentlə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunaraq, ona Ağdam Rayon Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası verilmişdi. O zaman S.Məmməd bildirmişdi ki, aliment ödənişilə bağlı göstərilən səbəb əslində həbsi üçün bəhanədir. Onun sözlərinə görə, Ağdam polisindən zəng edib, axtarışa verildiyini deyiblər. Bunu eşidəndə təəccüblənsə də, Ağdam polisinə gedib: “Yarım saat keçməmiş mənə dedilər, məhkəməndi. Dedim, nə məhkəmə? Nə isə, məhkəməyə girdim. Hakim dedi: “Borcun var”. Dedim, nə borc? Borcum varsa, gedim yerindəcə ödəyim. Dedi: “Gecdi, içəri getməlisən”. O anda dedim ki, sifarişi kim verib, adını de. Hakim əlin stola vurdu, “10 sutka həbs” deyib, zaldan çıxdı”.

Jurnalist bir gün sonra Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Özü deyirdi ki, apelyasiya şikayətini də özü yazmamışdı:

“Bir müddət keçdikdən sonra məni çağırdılar ki, gəl bu sənədə qol çək. Oxudum ki, apelyasiya şikayətidir. Şikayətin necə yazıldığından da xəbərim olmadı. Bir gecə içəridə qaldım. Səhər tezdən dedilər ki, çayını yarımçıq qoy, Gəncəyə gedirsən, apelyasiyan var…”

O zaman jurnalistin yaxınları S.Məmmədin həmin bloq yazısına görə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun sifarişilə həbs olunduğunu iddia edirdi. Sözügedən yazıda generalın ünvanına tənqidi fikirlər yer almışdı. (Meydan.tv)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Ən çox oxunanalar