Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclərimiz Türk Telekom-un təlimlərinə qatılıb - Foto

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-un ənənəvi təlimlərinə qatılıb...

Azercell-in təşəbbüsü və dəstəyilə Türkiyədə kibertəhlükəsizlik düşərgəsinə qatılan tələbələr lider mobil operatorun nümayəndə heyəti ilə görüşdü. Türk Telekom-un təşkilatçılığı ilə “Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı altında baş tutan təlimlərdə yüksək performansla fərqlənərək ölkəmizi layiqincə təmsil edən tələbələrə xüsusi sertifikatlar və hədiyyələr təqdim edildi. Görüş çərçivəsində gənclərlə fikir mübadiləsi aparıldı, onların təklifləri dinlənildi.

Qeyd edək ki, 10 gün boyunca davam edən təlim proqramında iştirakçılar kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də praktiki biliklərə sahib olmaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşmək imkanı əldə etdilər. Tələbələr qazandıqları təcrübənin gələcək fəaliyyətlərində və karyeralarında əhəmiyyətli rol oynayacağını bildirdilər.

Xatırladaq ki, “Azercell Telekom” MMC Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafı, bu sahənin ən son tendensiyalarını və ən yaxşı təcrübələrini ölkəmizə gətirilməsi məqsədilə irimiqyaslı layihəyə ilin əvvəlində start verib. Şirkət mövcud kibertəhlükəsizlik həllərini modernləşdirmək və yenilərini inkişaf etdirmək üçün hazırladığı fəaliyyət planını uğurla tətbiq etməyə davam edir. Bu layihənin mühüm istiqamətlərindən biri Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslaşan mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir. Bu təşəbbüs çərçivəsində gənc mütəxəssislər üçün müxtəlif təlimlər təşkil ediləcək, şirkətdə təcrübə imkanları yaradılacaq.

Azercell Türkiyədə baş tutan təlimlərdə uğurlu fəaliyyətləri ilə fərqlənən tələbələri bir daha təbrik edir, onlara gələcək karyeralarında uğurlar diləyir!

Poliqon.info


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar