Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi -Fotolar


Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur


Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bayram münasibətilə Hordiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilibdir.

Bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon İcra Hakimiyyəti Aparatının işçiləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq- nümayəndələr iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları əvvəlcə Novruza aid adət-ənənələrini özündə əks etdirən sərgiyə baxıblar. Milli adət- ənənələrimizə uyğun olaraq meydanda yun daranmış, nehrə çalxalanmış, sacda yuxa bişirilmişdir.

Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlamış, Novruz tonqalı alovlandırılmışdır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır. Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs etmişdir.

Alı Alıyev demişdir: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq yeddi ildir ki, YUNESKO tərəfindən  beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.” 

Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı getmişlər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürmüşlər. Kosa və keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar