Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTX Rusiyanın Ukraynadakı itkilərini 110 min nəfər olaraq qiymətləndirib

Pentaqonun internetə sızan məxfi sənədlərinə görə, FTX Rusiyanın Ukraynadakı itkilərinin 110 minə yaxınlaşdığını təxmin edib…

Sənədlərdəki məlumatlar Ukraynadakı müharibə zamanı Rusiya qurumlarının öz aralarında apardıqları mübarizəni göstərir.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb

Sənədlərdən birində deyilir ki, FTX RusiyaNIN Ukrayna müharibəsində verdiyi itkilərin hesablanmasını şübhə altına alır və qeyd edilir ki, Müdafiə Nazirliyi tərəfindən aparıan hesablamalar heç də həqiqəti əks etdirmir.

Sızdırılan sənədlərdən birində deyilir ki, FTX-nın hesablamalarına görə, Rusiya tərəfindən öldürülən və yaralananların real sayı 110 min nəfərə yaxınlaşır. Söhbətləri Amerika kəşfiyyatı tərəfindən dinlənilən FTX zabitlərinin sözlərinə görə, Müdafiə Nazirliyi öz hesabatlarına Milli Qvardiyanın əməkdaşları, Ramzan Kadırovun döyüşçüləri və “Vaqner qrupu”nun muzdluları arasında olan qurbanları daxil etmir. Eyni zamanda, sızan sənədlərdə Müdafiə Nazirliyinin öz hesabatlarında nə qədər itki verdiyi barədə məlumat yoxdur.

ABŞ kəşfiyyatı belə nəticəyə gəlir ki, Rusiya ordusu “komanda zəncirində pis xəbər yaymaq” istəmir.

Sızdırılan sənədlərdən də belə çıxır ki, prezident Vladimir Putin Yevgeni Priqojinlə Müdafiə Nazirliyi arasındakı münaqişəni şəxsən həll etməyə çalışıb. Amerika kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Priqojin və müdafiə naziri Sergey Şoyquya zəng edərək onları fevralın 22-də baş tutan birgə görüşə dəvət edib.
NYT-nin məlumatına görə, ABŞ kəşfiyyatının məlumatları, ehtimal ki, ilk növbədə elektron rabitənin ələ keçirilməsi yolu ilə əldə edilib. Sənədlər insan mənbələrindən çox az məlumat ehtiva edir.

Sızdırılmış sənədlərdə Rusiyanın itkiləri ilə bağlı ABŞ-ın qiymətləndirməsi verilib. ABŞ kəşfiyyat nümayəndələri hesab edirdilər ki, fevral ayına olan məlumata görə, Rusiya ümumilikdə 189,5 mindən 233 minə qədər insan itirib, onlardan 43 mini ölüb. Rusiya hakimiyyəti sonuncu dəfə 2022-ci ilin sentyabrında, səfərbərlik elan edilən zaman itkilərin sayını rəsmən açıqlayıb. Sonra Şoyqu bildirib ki, müharibə başlayandan indiyədək 5937 rus əsgəri həlak olub.

2023-cü ilin fevralında Priqojin Müdafiə Nazirliyi ilə açıq münaqişəyə girib. O, sursat qıtlığından gileylənib və onların çatışmazlığını nazirliyin fəaliyyəti ilə əlaqələndirib. “Vaqner”in rəhbəri şəxsən Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu muzdluların kifayət qədər silah-sursatın olmaması səbəbindən həlak olmasında ittiham edib.

Qeyd edək ki, ABŞNATO-nun məxfi sənədləri martın 1-dən gec olmayaraq internetə düşüb, onlar aprelin 7-dən sonra aşkarlanıb. Məxfi məlumatlar olan fotolar Discord-da oryaya çıxıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar