Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada gərginlik artır: Nanter şəhərinə helikopter və Xüsusi Təyinatlı Qüvvələr göndərilib...

Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ə nəzarət üçün əraziyə helikopter göndərilib...

Poliqon xəbər verir ki, helikopter vaxtaşırı kommunanın ərazisi üzərində uçur.

Öz növbəsində, Paris polisinin prefekturası tviterdə bildirib ki, hüquq-mühafizə orqanları ictimai asayişin qorunması və iğtişaşlarla mübarizə üçün bütün resursları səfərbər edib. Qeyd olunub ki, helikopter Nanter şəhərindəki vəziyyəti müşahidə edərək küçələrdə jandarmların hərəkətlərini koordinasiya edir.

Fransa polisi iğtişaşları yatırmaq üçün Xüsusi Təyinatlı Qüvvələri Nanterə göndərib. Polis şəhər mərkəzini nümayişçilərdən azad etmək üçün gücdən və gözyaşardıcı qazdan istifadə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, “Ağ yürüş”ün sonunda 7 nəfər saxlanılıb.

Öz növbəsində “BFM” telekanalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb ki, Brüsseldə Avropa İttifaqının sammitində iştirak edən Fransa prezidenti Emmanuel Makron 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra ölkədə baş verən etirazlarla bağlı vəziyyəti diqqətlə izləyir.

Qeyd olunub ki, Makron ölkənin baş naziri Elizabet Born və digər nazirlərlə əlaqə saxlayır. (Report)




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar