Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Formalaşmaqda olan yeni dünya düzənində Türk dövlətlərinin yeri necə görünür?.. - Şərh

Dünyada baş verənlə geosiyasi kataklizmaların fonunda Türk Dövlətlərinin təması hər gün getdikcə daha da artır...

Siyasi-şərhçi: “Formalaşan yeni dünya düzəni böyük ehtimalla çox uzun müddət alacaq”.

“Türk dövlətləri də yeni formalaşacaq nizamda ən azından subyekt kimi çıxış edəcəklər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov formalaşmaqda olan yeni dünya nizamında Türk dövlətlərinin yerini Poliqon-a şərh edərkən qeyd edib.

Dünyada baş verənlə geosiyasi kataklizmaların fonunda Türk Dövlətlərinin təması hər gün getdikcə daha da artır. Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan səfəri də bu mənada əsaslı rol oynayır.

Bəs formalaşmaqda olan yeni dünya düzənində Türk dövlətlərinin yeri necə görünür? Yeni nizamda daha fərqli, daha sıx birləşmiş və beynəlxalq nizama təsir edə biləcək bir Türk dünyası olacaqmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İndiki dünya cəngəllik qanunları ilə idarə olunur”.

Bu dövr ərzində türk dövlətləri qarşılıqlı inteqrasiyası istiqamətində zəruri addımlar ata biləcəklərini pronoz edən ekspert Poliqon-a bildirib ki, hazırda siyasi liderlərin fikirləri tam olaraq yekdildir :

“Formalaşan yeni dünya düzəni böyük ehtimalla çox uzun müddət alacaq. Çünki bir neçə qütblər var. Eyni zamanda böyük dövlətlərdə nüvə silahı olduğu üçün bir sistemin, yaxud da bir qütbün çökməsi yaxın gələcəkdə real görünmür.

Bu dövr ərzində türk dövlətləri qarşılıqlı inteqrasiyası istiqamətində zəruri addımlar ata bilərlər və beynəlxalq konyektura da yeni imkanlar yaradıb. Əsasən də, yol-nəqliyyat infrastrukturunun formalaşması istiqamətində yeni imkanlar yaranıb. Biz çox vaxt nəqliyyat infrastrukturunun ancaq Çin və Avropa istiqamətində, yaxud da Avropa və Çin istiqamətində kontekstində nəzərdən keçirirk.

Fərhad Məmmədov: “Yeni dünya düzənində təsir etmək baxımından əlbəttə ki, Türk dövlətlərinə müəyyən rol veriləcək”.

Lakin nəqliyyat infrastrukturu ilk növbədə türk dövlətlərinin qarşılıqlı ticarətinə də müsbət təsir göstərəcək. Məcazi mənada desək, nəqliyyat infrastrukturu dövlətləri bir-birinə daha da yaxınlaşdıracaq. Biz indi də buna şahid oluruq. Məsələn turist baxımından desək, Azərbaycandan Mərkəzi Asiyaya gedənlərin sayı çoxalıb. Həmçinin mədəni əlaqələr genişlənir. İndi isə siyasi liderlərin tam olaraq fikirləri yekdildir ki, bu inteqrasiya baş verməlidir. Fikir verirsinizsə, son iki il ərzində bütün bu proseslər ölkə liderlərinin birbaşa nəzarəti ilə həyata keçirilir.

Yeni dünya düzənində təsir etmək baxımından əlbəttə ki, Türk dövlətlərinə müəyyən rol veriləcək. İndiki dünya cəngəllik qanunları ilə idarə olunur. Bu qanunlarda ancaq öz təşəbbüs, bu təşəbbüsü əsaslandıran güc, qüvvə, texnoloji irəliləyiş baş verməlidir. Buna da ilk işartıları mövcuddur. Bunun hamısını sistemli şəkildə, uzun illər ərzində strategiya formasına sala bilsək, əlbəttə ki, Türk dövlətləri də yeni formalaşacaq nizamda ən azından subyekt kimi çıxış edəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar