Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalının müavini partiyanın və sədrin qərarına tabe olmur - Foto

Sabiq Maliyyə naziri təmsil olunduğu siyasi təşkilatın qərarına hörmətsizlik edib...

Bir müddət əvvəl Ana Vətən Partiyasının sıralarına qoşulan və partiya sədri Fəzail Ağamalının özünə müavin təyin etdiyi sabiq Maliyyə naziri Fikrət Yusifov təmsil olunduğu siyasi təşkilatın qərarına hörmətsizlik edib.

Reyting.az xəbər verir ki, Ana Vətən Partiyası (AVP) Fikrət Yusifovun Sumqayıt 41 saylı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürsə də, o, partiyanın qərarına tabe olmayıb.

F. Yusifov bildirib ki, AVP-nin bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub: “Bildiyim qədər onlardan cəmisi 10 nəfəri qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı 41 saylı Seçki Dairəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd ola bilərdim?”

Fəzail Ağamalının müavini partiyanın və sədrin qərarına tabe olmur

Sabiq nazirin sözlərinə görə, əgər seçkidə iştirak etmək istəsəydi, heç kimin qarşısından geri çəkilməzdi:

"Bundan öncəki seçkilərdə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, parlament auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtilə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm”.

Sabiq nazir əlavə edib ki, Milli Məclisdə oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların parlamentə nə üçün can atdıqlarını anlaya bilmir.

F. Yusifov bildirib ki, mətbuatda əsassız olaraq yazırlar ki, deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürmüşəm: “Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar