Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsəddən ilk açıqlama: “İşğalçılara qarşılıq veriləcək...”

Əsədin siyasət müşaviri Buseyna Şaban da Türkiyə ilə ABŞ arasındakı razılaşmanı müəmmalı hesab edir...

“OdaTv” qəzeti, Türkiyə, 17 oktyabr 2019-cu il

Suriya prezidenti Bəşər Əsədin siyasət müşaviri Buseyna Şaban Türkiyə ilə ABŞ-ın Suriyanın şimalı barədə əldə etdiyi razılaşmanı dəyərləndirib.

Suriyanın şimalındakı terror ünsürlərinə qarşı başladılan “Sülh Çeşməsi” Hərəkatının 120 saat ərzində dayandırılması barədə əldə olunan razılaşma üçün Şaban: “ABŞ-la Türkiyənin razılaşması çox müəmmalıdır”, deyib və əlavə edib ki, Dəməşq rəhbərliyi Suriyada yeni bir İraq Kürdüstanı qurulmasını qəbul etməyəcək.

İraq Milli Təhlükəsizlik Müşaviri Faleh əl Fəyyadı qəbul edən Suriya prezidenti Bəşər Əsəd “Sülh Çeşməsi” Hərəkatı ilə bağlı ilk dəfə danışıb. “Sülh Çeşməsi” Hərəkatını təcavüzkarlıq hesab edən Əsəd bildirib ki, türk təcavüzünə Suriyanın hər yerində, bütün qanuni vasitələrlə qarşılıq veriləcək.

Əsəd nə demişdi?

Suriya Ərəb xəbər agentliyi olan
“SANA”nın verdiyi xəbərə görə: “Bölgə ölkələrinə qarşı xarici hücumlar heç vaxt səngiməyib. Ərdoğan rejiminin ölkəmizə qarşı apardığı təcavüzkarlıq səsləndirdiyi bütün yalançı şüarlara rəğmən, açıq şəkildə qanun pozuntusudur”, deyən Əsəd sözlərinə belə davam edib:

Suriya bu işğala vəkilləri və terrorçuları vuraraq cavab verir. Bu şəkildə Suriya torpaqlarındakı hər bölgədə bütün qanuni vasitələrlə işğalçılara qarşılıq veriləcək”.

Nazirlik bu işə nə deyir?

“SANA” Xarici İşlər və Xarici vətəndaşlar üzrə Nazirliyin rəsmi qaynağına əsasən bu açıqlamanı yayıb:

“Türkiyənin Suriya torpaqlarına qarşı etdiyi hücum Ərdoğan rejiminin güclü eqoizmi ucbatından yaranıb və Ankaranın da Astana prosesi çərçivəsində zaminkar rolunu itirməsinə gətirib çıxardı. Bütün suriyalılar bu hücuma qarşı çıxmaq üçün birləşib”.

Xarici İşlər və Xarici vətəndaşlar üzrə Nazirliyin verdiyi açıqlama isə bu şəkildədir:

“Beynəlxalq qınamalara baxmayaraq, Ərdoğan rejiminin Suriyaya qarşı etdiyi hücum faşist Ərdoğan rejiminin əsl üzünü ortaya çıxardı və beynəlxalq hüquqlara açıq şəkildə qarşı çıxdığını göstərdi. Həmçinin, verilən məlumata görə, Suriya Ərəb Respublikası türk təcavüzünü rədd etdiyini və Suriyanın daxili işlərinə qarışılmamasını yenidən vurğulayıb. Eyni şəkildə bütün beynəlxalq cəmiyyəti Ərdoğan rejiminin Suriyadakı təcavüzkarlığına son qoymağa və dünyadakı sülhü, sabitliyi qorumağa səsləyib”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar