Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda məskunlaşan 50 min rus İT mütəxəssisi... - Onlar Azərbaycan üçün təhlükəlidir?

Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib ki, sanksiyalardan sonra 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana köçüb...

Politoloq: “Bu məsələ təkcə komputer texnologiyası, İT mütəxəssislərinin Ermənistanda fəaliyyəti ilə məhdudlaşmır. Paralel şəkildə bildirilməsə də, rus dilinin Ermənistanda təbliği məsələsi də həyata keçirilir və son zamanlar bu proses aktuallaşıb”.

“Əgər Rusiyanın İT mütəxəssisləri Ermənistanda bu cür kütləvi şəkildə fəaliyyət göstərirlərsə, düşünürəm ki, Ermənistan bir məkan olaraq Rusiyanın düşmənlərinə qarşı seçilib”.

Bu sözləri politoloq Natiq Miri Rusiyanın on minlərlə İT mütəxəssisin Ermənistanda məskunlaşmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz Facebook səhvəsində Rusiya İT mütəxəssislərinin kütləvi şəkildə Ermənistana köçməsi ilə bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik:

Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər ?

Bir anda on minlərlə İT mütəxəssisin və şirkətlərin Ermənistanda möhkəmlənməsi bizə nə vəd edir ?

Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü. Xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı.

Bəs Rusiyadan baş götürüb gedən İT mütəxəssis və şirkətlər hansı ölkələrə üz tutub ?

Əvvəllər də bu haqda yazmışdım, rusların güclü relokasiya ölkələri fərqliydi. İndi məlum olur ki , 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib. O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.

Ümumiyyətlə isə, hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib .

Xatırlayıram ki, bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı. Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı.

Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar.

Müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular.

Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğulu yekunlaşmayıb. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.

Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin , eyni zamanda xarici ölələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır.

Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir.

Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər .

Fikrimcə, bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir”.

Bu məlumatdan belə görünür ki, sanksiyalardan yayınmaq üçün Rusiya əsas aralıq ölkə olaraq Ermənistanı seçib və məhz Ermənistan üzərindən müəyyən əməliyyatlar həyata keçiriləcək. Qeyd edək ki, dünən Vladivostok İqtisadi panelində müzakirələr zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan üzünü Putinə tutaraq, “əməkdaşlığı elə səviyyədə yürütməliyik ki, Ermənistan təkrar sanksiyalara məruz qalmasın. Bu həm Ermənistanın, həm də Rusiyanın maraqları çərçivəsində deyil”, dedi və bu ifadələr diqqət çəkdi.

Paralel olaarq 50 min İT mütəxəssisinin Rusiyadan Ermənistana yerləşməsi Azərbaycan üçün də təhlükə yaradır. Hər şeydən əvvəl bu təhlükə milli təhlükəsizlik səviyyəsində dəyərləndirilməlidir.

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “İT mütəxəssislərinin Ermənistanda olması müəyyən mənada Azərbaycana təhlükələr törədir”.

Rusiya prezidenti Vladimir Putinin açıqladığına görə rus İT mütəxəssislərinin təkcə Ermənistanda deyil, Azərbaycanda da fəaliyyət göstərdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, bunun özü də Azərbaycan dövlətinə qarşı müəyyən təhlükələr törədir. Eyni zamanda Ermənistanda 50 min rusiyalı İT mütəxəssisinin olması ilk növbədə Ermənistan üçün təhlükə yaradır:

“Bu ilk növbədə Rusiya dövlətinin maraqlarına xidmət edən bir məsələdir. Çünki bu məsələ təkcə komputer texnologiyası, İT mütəxəssislərinin Ermənistanda fəaliyyəti ilə məhdudlaşmır. Paralel şəkildə bildirilməsə də, rus dilinin Ermənistanda təbliği məsələsi də həyata keçirilir. Bu da tədricən Ermənistanda rus dilinin inkişafı və Rusiyanın təbliğatı məsələsi ilə əlaqəlidir və bu proses son zamanlar çox aktuallaşıb.

50 min İT rusiyalı mütəxəssislərinin Ermənistanda məskunlaşması müəyyən mənada Azərbaycana təhlükələr törədir. Çünki bilirik ki, bu mütəxəssislər xüsusilə informasiya texnologiyasında istənilən bir təxribat törətməklə qarşı tərəf dövlərlərə çox əhəmiyyətli dərəcədə ziyan vura bilirlər. Mən istisna etmirəm ki, Azərbaycana da bu yöndə zərərlər vurula bilər və yəqin ki, əlaqədar qurumlar bu təhlükə ilə bağlı artıq ehtiyat tədbirləri həyata keçirirlər.

Onu da qeyd edim ki, bu təkcə Azərbaycanla bağlı deyil. Çünki əgər Rusiya İT mütəxəssisləri Ermənistanda bu cür kütləvi şəkildə fəaliyyət göstərirlərsə, düşünürəm ki, Ermənistan bir məkan olaraq Rusiyanın düşmənlərinə qarşı seçilib. Və burdan yayıla biləcək təhlükə regionun və dünyanın istənilən ölkəsini hədəf ala bilər. O cümlədən qardaş Türkiyənin də hədəf ölkələr arasında olmasına ehtimal verirəm. Rusiya çox rahatlıqla bu məkandan caydırıcı müəyyən informasiya təxribatları törədə bilərlər.

Natiq Miri: “Bizim xüsusi xidmət orqanları bu məsələdə çox ehtiyatlı olmalıdırlar”.

İT mütəxəssisləri həm də dolayısı ilə hakkerliklə məşğuldurlar. Bu da istənilən bir dövlətin məxfi saytlarına girib dağıtmaq, hətta ən gizli informasiyaları, məlumatları ələ keçirmək gücündədirlər. Buna görə mən istisna etmirəm ki, onlardan ABŞ, Avropa Birliyi, eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı da istifadə ediləcək. Düşünürəm ki, bu məsələyə çox həssas yanaşılmalıdır.

Onu da qeyd edim ki, eyni zamanda Ermənistanda 50 min rusiyalı İT mütəxəssisinin olması ilk növbədə Ermənistan üçün təhlükə yaradır. Yəni onlarda bu təəhlükədən sığorta olunmayıblar.

Ayrıca onu da qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin açıqlamasına görə bu İT mütəxəssisləri təkcə Ermənistanda deyil, Azərbaycanda da fəaliyyət göstərirlər. Bunun özü də Azərbaycan dövlətinə qarşı müəyyən təhlükələr törədir. Buna görə bizim xüsusi xidmət orqanları bu məsələdə çox ehtiyatlı olmalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay