Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan mediası: Azərbaycan batalyon komandirinin maşınını vurdu

Ermənistan mediası Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginlik olduğunu iddia edib... 

Virtualaz.org bildirir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

"Bir gün əvvəl, Azərbaycan tərəfdən atılan atəş nəticəsində Ermənistan hərbi hissələrindən birinin batalyon komandirinin" Nissan Patriot "markalı avtomobili yanıb", - deyə qəzet bildirib.

"Atəş Naxçıvan tərəfdən, sərhədin 2018-ci ildən sonra düşmənin mövqelərini irəli çəkdiyi hissədən açılıb. Bundan əvvəl, aprelin 10-da daha oxşar hadisə qeydə alınıb. Onda atəş nəticəsində hərbi hissə komandirinin müavininin UAZ markalı avtomobili yanıb. Yaxşı ki, hər iki halda qurban olmayıb. Sonuncu hadisə Vayots Dzor bölgəsinin Areni kəndi yaxınlığında qeydə alınıb. Əslində mövqelərimizin hərəkəti düşmən üçün açıq şəkildə görünən və əlçatan olub. Müdafiə Nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib, lakin hadisə barədə məlumat təsdiqlənib. Bizə bildiriblər ki, düşmən böyük kalibirlı pulemyotlardan atəş açıb, sürücülər uzaqlaşmağı bacarsalar da, avtomobillər tamamilə yanıb və artıq istifadəyə yararsız hala düşüblər”,- deyə qəzet vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Şərur rayonunun Günnüt kəndi və onun ətrafındakı Xunut (2065 metr), Qızılqaya (1683 metr) və Mehridağ (1869 metr) strateji yüksəllikləri bölmələrimizin nəzarəti altına keçib.

pia.az 


Etiket: Cəbhə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar