Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Qarabağa qayıtmaq istəyirsə, nədən azərbaycanlılar Zəngəzura qayıtmır?

Ermənilərin Qarabağa qaytarılması azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına qayıtması ilə paralel şəkildə aparılması daha doğru olmazmı?..

Politoloq: “Zəngəzur ərazisindəki əhalinin populyasiyasının azalması və ya artması amili Azərbaycanın təsir zonasından kənar məsələ olduğu üçün hansısa ekspertin boş danışıqları bizim üçün önəmli olmamalıdır”.

“Zəngəzur dəhlizinin açılması üçün hansı yol izlənəcəyini Azərbaycan dövləti yaxşı bilir və bu siyasəti həyata keçirir”.

Bu sözləri politoloq Azər Qasımov Qərbi Zəngəzurda əhalinin azalmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənipərəst ekspert Modest Kolerov deyib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzurdur. Kolerov bildirib ki, o hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir. Məhz bu faktor, yəni depopulyasiya və anşlüs metodu ilə azərbaycanlıların Zəngəzura nəzarəti tam bərpa edilə bilər.

Həqiqətən də, Azərbaycan anşlüs və depopulyasiya metodundan istifadə edərək Zəngəzuru nəzarətə ala bilərmi? Digər tərəfdən, ermənilərin Qarabağa qaytarılması müxtəlif siyasi mərkəzlərin diqqət mərkəzindədir. Ermənilərin Qarabağa qaytarılması azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına qayıtması ilə paralel şəkildə aparılması daha doğru olmazmı?

Ermənilərin Qarabağa qaytarılması məsələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Təbii olaraq, əgər Qarabağa erməni əhali qayıdacaqsa, Zəngəzura da azərbaycanlı əhali paralel şəkildə eyni proporsiyada qayıdacaq”.

Bizim Zəngəzura qayıdacağımızı proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistanda əhalinin populyasiyası hansı istiqamətə dəyişməsi gələcəyin işidir:

“Zəngəzur ərazisindəki əhalinin populyasiyasının azalması və ya artması amili Azərbaycanın təsir zonasından kənar məsələ olduğu üçün hansısa ekspertin boş danışıqları bizim üçün önəmli olmamalıdır. Bu “ekspert” anşlüs termini işlətməklə alman faşist terminologiyasını Azərbaycan adı ilə sinerji edərək hallandırmasının özü qərəzli mövqeyin göstəricisidir.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə Azərbaycan dövləti kiminsə məsləhəti və proqnozu ilə hərəkət etmir. Zəngəzur dəhlizinin açılması üçün hansı yol izlənəcəyini Azərbaycan dövləti yaxşı bilir və bu siyasəti həyata keçirir. Cənab Prezidentin dediyi kimi, biz Zəngəzura qayıdacağıq, amma öz avtomobillərimizlə. Gələcəkdə isə əhalinin populyasiyası hansı istiqamətə dəyişəcək bu, gələcəyin işidir.

Təbii olaraq, əgər Qarabağa erməni əhali qayıdacaqsa, Zəngəzura da azərbaycanlı əhali paralel şəkildə eyni proporsiyada qayıdacaq. Bu, belə də olmalıdır. Sülh danışıqları zamanı bu bir bənd şəklində bağlanacaq sülh müqaviləsi şərtlərinə əlavə olunmalıdır” .

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar