Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər hələ də Azərbaycan torpaqlarını öz əkin sahələri zənn edirlər...

Ermənilər işğal dövründə otlaq və yaşayış məskəninə çevirdikləri Azərbaycan ərazilərini hələ də özlərinki hesab edirlər...

Politoloq: “Ermənilər uzun müddət bu ərazilərdə əkib-becərmiş bu əraziləri öz atalarının malı kimi qəbul etmişdilər. Birdən-birə bəzi gerçəkliklər ortaya çıxdığı zaman əlbəttə ki, bu ağrılı proses qarşı tərəfi narahat etməyə bilməzdi”.

“Son zamanlar artıq Ermənistan rəhbərliyində anlamağa başlayıblar ki, hər hansı bir üçüncü qüvvələrin prosesə müdaxiləsi və onların da geosiyasi maraqlarının bu prosesdə təminatı bütövlükdə sülhə nəyinki tövbə vermir, əksinə prosesi uzadır, yeni bir münaqişəyə yol açır”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycanla Ermənistan arasında olan sərhəd məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

“Azadlıq” radiosunun Ermənistan təmsilçiliyi vaxtaşırı Ermənistanın Azərbaycanla sərhəd zonalarından reportajlar hazırlayır, yerli sakinləri danışdırırlar. Xüsusi ilə ordumuz, sərhədçilərimiz yeni yüksəklikləri, əraziləri nəzarətə alanda belə materiallar hazırlanır. Ümumiyytlə isə, ermənilər işğal dövründə otlaq və yaşayış məskəninə çevirdikləri Azərbaycan ərazilərini özlərinki hesab edirlər. Belə görünür ki, bu vəziyyət sərhədlər rəsmi olaraq müəyyənləşənə qədər davam edəcək.

Hazırkı vəziyyətdə sərhədlərin müəyyənləşdirilməməsi qarşıdurmada kimin daha çox maraqlarını təmin edir və sülh sazişi olmadan Azərbaycan-Ermənistan sərhədi rəsmi olaraq müəyyənləşdirilə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Sülh sazişi olmadan Azərbaycan-Ermənistan sərhədd rəsmiləşdirilə bilməz”.

Sülh müqaviləsini şərtləndirən məqamlardan biri də sərhədlərin müəyyənləşməsi olduğunu xatırladan politoloq əlavə edib ki, sadəcə olaraq bunun üçün konkret prinsip müəyyənləşməlidir:

“Bilirsiniz ki, sərhəd məsələsi çətin məsələdir və uzun müddətli həllini gözləyən məsələlərdən biridir. 30 il müddətində ermənilər işğal etdikləri əraziləri özününkülərmiş hesab olunurdular. Uzun müddət bu ərazilərdə əkib-becərmiş bu əraziləri öz atalarının malı kimi qəbul etmişdilər. Birdən-birə bəzi gerçəkliklər ortaya çıxdığı zaman əlbəttə ki, bu ağrılı proses qarşı tərəfi narahat etməyə bilməzdi. Çünki kəndlilərin dünənə kimi əkib-becərdikləri, heyvanlarını otardıqları ərazilər birdən-birə əllərindən çıxır.

Bu da Ermənistan daxilində hakimiyyətə qarşı ictimai rəyi formalaşdırır. Bu baxımdan zaman-zaman Ermənistan hakimiyyəti bu məsələlərə həssas yanaşır. Çünki bir tərəfdən hakimiyyəti qorumaq istəyi varsa, digər bir tərəfdən Azərbaycanla yeni bir münaqişənin başlamasının qarşısını almağa çalışırlar. Buna görə də bu məsələ ağrılı olduğu qədər, həm də uzunmüddətlidir.

Ancaq son zamanlar artıq Ermənistan rəhbərliyində anlamağa başlayıblar ki, hər hansı bir üçüncü qüvvələrin prosesə müdaxiləsi və onların da geosiyasi maraqlarının bu prosesdə təminatı bütövlükdə sülhə nəyinki tövbə vermir, əksinə prosesi uzadır, yeni bir münaqişəyə yol açır. Çünki uzun müddət Azərbaycanın səbri ilə oynamaq Ermənistana heç də yaxşı nəticələr vəd etmədiyini anlamağa başlayıblar.

Natiq Miri: “Artıq Rusiyanın yaxud da Avropa Birliyinin iştirakı ilə deyil, birbaşa onlayn qaydada təkliflər irəli sürülür, müzakirə predmetinə çevrilir və getdikcə kiçik olsa da, irəliyə doğru müəyyən addımlar atılmağa cəhd edilir”.

Ayrıca bir çox məsələlərdə, xüsusilə sülh müqaviləsinin imzalanması və mətninin hazırlanması ilə bağlı artıq üçtərəfli, dördtərəfli deyil, ikitərəfli - AzərbaycanErmənistan - onlayn diplomatiya səviyyəsində proseslər davam edir. Bu da müsbət haldır. Yəni, artıq Rusiyanın yaxud da Avropa Birliyinin iştirakı ilə deyil, birbaşa onlayn qaydada təkliflər irəli sürülür, müzakirə predmetinə çevrilir və getdikcə kiçik olsa da, irəliyə doğru müəyyən addımlar atılmağa cəhd edilir. Bu da müsbət haldır. Ən azından Rusiyanın, yaxud da digər qlobal güclərin prosesdən kənarda saxlanması iki dövlətin müəyyən mənada anlaşmasına yol açır.

Bu xüsusda son günlər Laçınla həmsədr olan Ermənistan sərhəddində ərazilərin müəyyənləşməsi məsələsində də müəyyən anlaşmaların olduğunu biz sezirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da dilə gətirdi ki, bu yöndə olan sərhədlərin böyük hissəsi artıq Azərbaycanla razılaşdırılıb. Çox kiçik bir hissə qalıb ki, bu hissənin də razılaşdırılması üçün konkret danışıqlar gedir. Mənə elə gəlir ki, sərhədlərin müəyyənləşməsi və xüsusilə də, iki dövlət arasında bu prosesin başlaması, davam etməsi, getdikcə bu razılaşmaların çoxalması Azərbaycan-Ermənistan arasında münaqişənin olmasının qarşısını alır. Çünki sərhəd müəyyənləşdiyi, ərazilər razılaşdırıldığı təqdirdə münaqişənin olması üçün heç bir zəmin də, səbəb də ortada qalmır.

Natiq Miri: “Son günlər Laçınla həmsərhəd olan Ermənistan sərhəddində ərazilərin müəyyənləşməsi məsələsində də müəyyən anlaşmaların olduğunu biz sezirik”.

Sülh sazişi olmadan Azərbaycan-Ermənistan sərhəddi rəsmi olaraq rəsmiləşdirilə bilməz. Əslində sülh müqaviləsini şərtləndirən məqamlardan biri də sərhədlərin müəyyənləşməsidir. Sadəcə olaraq bunun üçün konkret prinsip müəyyənləşməlidir. Yoxsa ki, sülh müqaviləsi imzalansa belə, sərhədlərin müəyyənləşməsi tam olaraq uzun illər alacaq.

Bu xüsusda SSRİ dönəmində hansı xəritələrdən istifadə olunması məsələsi və bunun tərkib hissəsi olan Azərbaycanın 8 kəndinin hələ də, erməni işğalında olması məsələsi də çözümə qovuşmalıdır ki, bununla bərabər bütövlükdə müqaviləni imzalamaq mümkün olsun. Düşünürəm ki, bu prinsipi razılaşdırarlarsa, (bu gün bunun üzərində gedir) sülh müqaviləsini imzalamaq o qədər çətin olmayacaq.

Əlbəttə ki, bu məsələnin içində sülh müqaviləsinin mətnində Ermənistanın israrı olan Qarabağ təhlükəsizliyi, yəni hüquq təhlükəsizliyi və status məsələsinin də yeri var. Amma düşünürəm ki, tədricən Azərbaycan bu cür müstəqil addımlar atdıqca, bu məsələlər də tədricən razılaşdırılacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar