Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Azərbaycanla sərhəddə yeni sistem qurublar


Ermənistan son illər antidiversiya tədbirləri adı ilə sərhəd bölgələrdə yeni avadanlıqlar qurub


Bu barədə «Azadlıq» radiosuna müsahibəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. S. Ohanyanın sözlərinə görə, mühəndis qurğuları və onlara inteqrasiya olunan sistemlər diversiya nüfuzetməsinin qarşısını almağa imkan verir. Bu qurğular ön xətdə müəyyən ərazilərdə qurulub. Müdafiə naziri hazırda yeni qurğuların sınaqdan keçirildiyini vurğulayıb. O, xüsusilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərlə aktiv əməkdaşlıq etdiklərini bildirib. 

Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının icraçı direktoru Karen Vardanyan isə Ohanyanın səsləndirdiyi fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin İT sferasında çalışan şirkətlərlə əməkdaşlığını istənilən səviyyədə deyil. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun diversiya qruplarının Qarabağa və Ermənistan ərazilərinə sızmalarına dair mütəmadi olaraq mətbuata verdiyi açıqlamalar müdafiə naziri S. Ohanyanın fikirlərini təkzib edir. Xüsusilə inteqrə olunmuş sərhəd mühafizə sistemləri (bura yerüstü müşahidə radarları, gündüz və gecə kameraları, termal kameralar, elektron çəpərlər, seysmik sensorlar və s. daxildir) bahalı olduğundan Ermənistanın 1000 km-dən artıq bir ərazini - Azərbaycanla cəbhə xəttini əhatə edən belə bir layihəni həyata keçirməsi inandırıcı görünmür.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar