Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərindən qaçan şahzadəni qardaşı xilas etdi

İordaniya kralı Abdullah şahzadə Həyya və övladlarını məcburi şəkildə Dubaya qayıtmaqdan xilas edib

 

Həyyanın qardaşı, İordaniya kralı II Abdullah onu İordaniyanın Londondakı səfirliyinin rəhbərinin müavini təyin edib.

Sentyabrın 2-də II Abdullah bacısı Şahzadə Həyyanın bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Weekly Blitz" və "Əl-Quds Əl-Ərəbi" media agentliyinin yaydığı xəbərə görə, bu qərar avqustda şahzadənin vəkili ilə uzun məsləhətləşmələrdən sonra qəbul edilib, amma cəmi bir həftə öncə qüvvəyə minib.

Məsələ bundadır ki, Həyya məhkəmədən onu qəyyumluqla təmin etməsini, qızını məcburi nikahdan qorumasını istəyib, eyni zamanda şahzadə özünə və övladlarına xüsusi mühafizə ayırılmasını istəyib. Belə bir vəsatət, şeyxin qızları Şahzadə Şəmsa və Lətifəni məcburi şəkildə Dubaya qayıtmaqdan da xilas edəcək. İngiltərə şahzadənin qorunma və sığınacaq üçün müraciətini rədd edib. Buna görə İordaniya kralı belə bir addım atmağa məcbur qalıb.

İordaniyanın xarici işlər naziri Ayman Safari kralın bu qərarını pisləyib. O, bu təyinatın İordaniya ilə İngiltərə arasındakı münasibətlərə "zərər verəcəyini" düşünür. Lakin bu gündən etibarən şahzadə Həyya, oğlu və qızı diplomatik toxunulmazlığa sahibdir və Britaniya hakimiyyəti onları BƏƏ-yə və əri Şeyx Məhəmmədə təhvil verə bilməz.

Qeyd edək ki, bu ilin yazında şahzadə Həyya oğlu və qızı ilə birlikdə ərindən - Dubay əmiri Məhəmməddən qaçıb. 30 və 31 iyul tarixlərində London məhkəməsində iki məhkəmə iclası keçirilsə də, Məhəmməd hər iki iclasa qatılmayıb.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar