Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “8 şəhid verdik, çox səbr etdik, hər kəs öz məsuliyyətini anlamalıdır”

“İdlib mövzusunda hər keçən gün daha ağırlaşdırıcı bir vəziyyət yaranır. Çox səbr etdik. Təəsüf ki, Rusiyanın da görməməzliyi bu problemi daha da pisləşdirir. Bu sabah Suriya rejiminin hücumları nəticəsində 8 şəhid verdik”...

APA-nın NTV-yə istinadla verdiyi xəbərə görə, Ukraynada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

Ərdoğan deyib ki, bu hücumlar Türkiyə sərhədinə köç axınını gün-gündən artırır: “Bir milyona yaxın köç də gəlməkdədir. Biz bu insanları harada yerləşdirə bilərik? Məlumdur ki, sərhədə yaxın ərazidə zəlzələ təbii fəlakətini yaşadıq, çox itkilərimiz, dağıntılarımız oldu. Həm də qış mövsümü. Biz İdlibdən gələnləri yerləşdirmək qayğısındayıq, rejim də bizə hücumlar etməkdədir”.

Astana və Soçi razılaşmalarını xatırladan Ərdioğan “Bu razılaşmalar çərçivəsində hər bir tərəf öz məsuliyyətini anlamalıdır”, - deyə bildirib.

Mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski Suriyada şəhid olan Türkiyə vətəndaşları ilə əlaqədar başsağlığı verib.

FETÖ terror təşkilatının məktəblərinin Ukraynada fəaliyyətilə bağlı sualı cavablandıran V.Zelenski deyib ki, təhsil qurumları arxasında gizlənən terror təşkilatları ilə bağlı türkiyəli həmkarı ilə geniş müzakirələr aparılıb və lazımı tədbirlər görüləcək.

V.Zelenski eyni zamanda bildirib ki, Ukrayna ordusunun Türkiyəli müttəfiqlərindən dəstək alacağı da planlaşdırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar