Müğənni-bəstəkar Emin Sankt-Peterburqda “Sinaya veçnost” (“Mavi əbədiyyat”) adlı konsert verib
Gecədə 16 “Qremmi” mükafatına sahib olan musiqiçi Devid Foster də səhnəyə çıxıb.
Emin səhnədə rok və klassik mahnılar oxuyub. “Zabıt tebya” mahnısının ingilis versiyası olan “Love is a deadly Game”in təqdimatı da gecədə baş tutub.
Eminin Ani Lorak və Polina Qaqarina ilə dueti tamaşaçılara sürpriz olub.
Sankt-Peterburqa səfər zamanı ailəsi də Emini tək qoymayıb. Belə ki, atası Araz Ağalarov, anası İrina Ağalarova və bacısı Şeyla da onunla birlikdə olub.
pia.az