Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşən Musayev: “Manananın azərbaycancasını anlamaq daha asandır, nəinki onun…”


Millət vəkili: “Müharibə hər an başlaya bilər”


Dağlıq Qarabağ cəbhəsində növbəti canlanma müşahidə olunur. Beynəlxalq “işgüzar”lar yenə aktivləşib. 

Yenə taxta üzərində fillə at gedişinin perspektivi müzakirə olunur. Yenə sağ əllə sol qulaq qaşınır.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti eynən bizim ənənəvi-radikal müxalifəti xatırladır. Elə üzvləri də. Necə ki, bizim müxalifət “lider”lərinin təyinatı 24 ildir yeyib-içmək, gəzmək və “dəyərli məsləhətlər” vermək üzərindən formalaşıb, o cür də haqqında danışdığım funksionerlər. Məşhur kinoda deyildiyi kimi: “Gəlirlər, yazırlar, danışırlar, gedirlər”. Vəssalam. Nəticə isə bir “feysbuklu qardaş”ın getmək istədiyi NASA-dan savayı kimsəyə məlum deyil. Ya da Nostradamus, Vanqa olman lazım ki, adamların məntiqindən nəsə çıxarış, nəticə hasil edə biləsən.

Uorlik öz dəstəsi ilə işğalçı Ermənistanın ardınca, Dağlıq Qarabağı faktiki zəbt edən separat- saxta qurumun pişvazına gedir və qayıdınca məlum olur ki, demə Azərbaycan da güzəştə getməli imiş. Əcəbü-müəmmadır: Niyə? Görəsən Uorlikin dədə-baba torpağı Nyu-Cersidə hansısa mənşəyi naməlum antilop öz cinayətkar barrikadasını qursaydı hörmətli diplomat yenəmi belə düşünərdi? Və ya “Ermənistanı işğalçı adlandırmaq Dağlıq Qarabağ probleminin həllinə əngəldir” – fikri nə deməkdir? Bu nə sayaq təfəkkürdür? Ermənistan məgər bizim əzəli torpaqlarımıza güllə-çiçəklə, musiqiçilərlə, ansamblla, qardaşlıq şüarları ilə gəlib? Yoxsa canlarından keçən minlərlə şəhidlər, evindən-eşiyindən didərgin düşən günahsız insanlar, Xocalıda diri-diri yandırılan 3-5 yaşlı körpələr humanızmın təcəssümü olub, bizim xəbərimiz yoxdur? Nə danışır bunlar? Nə güzəşt? 25 il dişi-dırnağa sıxıb gözləməyin adı nədir bəs? Güzəşt deyilmi? Əli Kərimli də belə deyir də. Nə artığını, nə əskiyini demir. Adam “feysbuk”dakı silsilə qəhrəmanlıq statuslarının ardınca səfirlərlə keçirdiyi separat görüşlərdə açıqca bəyan ki, bu hakimiyyət yalnış yoldadı, güzəşt eləməlidi, status məsələsində kompromisə gəlməlidir. Ardınca da AXCP-nin Tvist  Qrupunun həmsədri olan oğluna Konqresdə (dinləmələrdə) bərabər iştirak etdiyi erməni həmkarı ilə qardaşlıq, həmrəylik, bərabərlik nümunəsi göstərməyi tövsiyyə edir. Ona görə eyniləşdirdim.

Hələ fransalı nümayəndə Pyer Andriunu demirəm. Eynən bizim Nurəddin Məmmədlidir. Söhbəti “tutana” qədər söhbət bitir. Gəzməyə ölkə, maaş almağa yer, oturmağa stul olsun. Başqa məziyyəti, durumdan narahatlığı yoxdur. Həyatından tam qanedir.

Popov isə gəzir. Sadəcə gəzir. Güman ki, təbiət vurğunudur. Arada toparlanıb danışmaq istəyəndə də (2016-nın yanvar press-konfransından sitat: “AzərbaycanErmənistan arasındakı münaqişənin həlli üçün gərəkən faktorların səciyyəsi özündə elə kriteriyaları ehtiva edir ki, bunu məcmu halında, paket şəklində ortalığa qoymaq və qiymətləndirməkdən başqa çarəmiz qalmır”) elə danışır ki, Manananın azərbaycancasını anlamaq daha asan olur, nəinki onun diplomatik dilini...      
  
Əlqərəz, hazırki situasiyada qabağa verilən Uorlikdir və ya toyda bütün əmioğluların adından böyük əminin oğlu danışdığıtək həmsədrlər adından da düz il yarımdır Uorlik danışır. Hərçənd mövzunun əsl məğzi, “alt yapı”sı özlərinə də bəllidir. Bu həmsədrlər də, təmsil olunduqları dövlətlər də çox gözəl anlayırlar ki, bıçaq sümüyə dirənib, hər an müharibə başlaya, aprel döyüşləri təkrarlana bilər. Ənənəvi dirənişin səbəbi isə zaman manevri etmək, vaxt qazanmaqdır. Sadəcə və sadəcə. Vəssalam.

Rusiya çox güman, aprel döyüşlərindən sonrakı danışıqlarda Azərbaycan tərəfinə daha sərfəli təkliflər verib. Ardınca isə verdiyi sözün arxasından qaçıb. Hiss olunan budur. Üstəlik, məlum məsələdir ki, diplomatik və qeyri-rəsmi hərbi sövdələşmələrin açıqlanmayan detalları olur. Burası da bəlli. Fəqət, şərəfsiz Sarkisyanın o ərəfədə söylədiyi bəzi iftiralara cavab olaraq həmin-məlum detalların bəzilərini cənab İlham Əliyev açıqlamaq məcburiyyətində qaldı. Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında ölkə Prezidenti bəyan etdi ki, biz qorxumuzdan deyil, edilən minnət, xahiş və təklifləri nəzərə alaraq hərbi əməliyyatları dayandırmışıq. O da müvəqqəti. Ardınca da Sarkisyanın bir cümlə içində söylədiyi 4 yalanı ifşa edərək Ermənistan Prezidentinə növbəti tərs silləni vurdu. Məntiq isə buna hesablanmışdı: “Həqiqətləri təhrif etsəniz, siz də, sahibləriniz də fakt qarşısında qoyulacaq”

Amerika ilə bağlı vəziyyət də kuryozdu. Klintonun erməni sevgisi çoxlarına sirr olmadığı üçün, seçkini bu xanımın udmağı Dağlıq Qarabağ cəbhəsində yeni dilemma yarada bilər. Tramp isə qələbə çalacağı təqdirdə çox güman ki, Putinə “dəstək borcu”nu qaytarmağa və ən azından Qafqaz kimi lokal bölgələrdə maraqlı tərəf kimi çıxış etməməyə çalışacaq. Belə olan halda da kumanda bütünlükdə Rus liderin əlinə keçəcək və...diktənin fabulası şərtlərin fabulasını tam ahənglə stimullaşdıracaq. Təbii, mənfi dinamika üzərindən...

Deyim ki, Rusiya qardaş Türkiyəni də Dağlıq Qarabağla ilgili ehtimal olunan kritikalarda neytral saxlamağa çalışa bilər. Niyə? Daha doğrusu, necə? Çün, Ərdoğan fətullahçıların son çevriliş cəhdi zamanı Putinin verdiyi dəstəyi, atdığı kişilik addımını, Suriyaİraq məsələsində Rusiyanın Türk maraqları kontekstindən sərgilədiyi güzəşti, ən nəhayət rus liderin dilindən “Türkiyədəki çevriliş cəhdini Fətullah Gülən edib”- səslənişini, bununla da Amerikaya qarşı həmrəylik demarşını unudacaq adam deyil. Yəni,  çox təpki olsa dərinə getməyə bilər. Hərçənd Ərdoğanın Azərbaycanı nə qədər sevdiyi, bizlərə öz canından-qanından kimi baxdığı, Dağlıq Qarabağ mövzusunu hansı böyük tribunalarda qaldırdığı da aryı bir faktdır. Və bu cür kritika ilə qarşılaşmamaq üçün Türk lider indidən çox müfəssəl plan cızır. Ki, məsələn, “sərhəd açılımı” məsələsində bir zamanlar yaşanan vəziyyət yenidən təkrarlanmasın. İstanbulda türk tərəfin təşəbbüsü ilə keçirilən 23-cü Dünya Enerji Konfransında beynəlxalq aləmə ünvanlanan “üçlük” ismarıcı, liderlərin birgə məşvərəti, 16 noyabr tarixinə planlanan Biznes Forumda Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyinin xüsusi qabardılması, Ərdoğanın dilindən son zamanlar çox tez-tez səslənən silsilə Qarabağ açıqlamaları da eyni qəbildən olan estafetin davamıdır. Bəlli qrafik üzrə. Azərbaycan tək qalmasın deyə.

Ermənistan isə tam eyforik vəziyyətdədir. Hətta düşmən dövlətin təzə süpürgəsi - yeni təyin olunmuş Müdafiə Naziri Viqen Sarkisyan da (özünü təsdiq etmək üçün son günlər cəhbədə törətmiş olduğu təxribatlara rəğmən) bu gərginliyi gizlədəcək gücdə deyil. Düzdü, “İsgəndər” eyforiyası ilə bir müddət ictimai rəydə dığırlana bildilər. Amma çifayda. Həlqə boğazdan çıxmaz. Yaxalarının buraxılmayacağı dəqiqdir!

Və nəhayət:

Belə bir həssas məqamda Prezident Administrasiyası rəhbərinin müavini, hörmətli Novruz Məmmədovun dilindən səslənən fikirlər də qətiyyən nəzərdən qaçmamalıdır: “Qaynar nöqtələrdə münaqişə  yenidən alovlana bilər. Bu sadəcə an məsələsidir.”  
   
Novruz müəllim ölkənin ən ciddi və məlumatlı şəxslərindən biridir. Dövlət adından danışır.  Ayrıca,  Ermənistanın beynəlxalq təmsilçilərindən fərqli olaraq heç vaxt ənənəvi ritorikaya istinad etmir. 

Demək, müharibə ehtimalı yetərincə böyükdür. Bəlkə də qapının düz ağzındadır. 

Elşən Musayev(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar