“Cəlilabadda seçicilərim kənd təsərrüfatı ilə məşğuldurlar. Həyətdə toyuq-cücə, qoyun, mal-heyvan saxlayırlar. Kənd əhalisi bu qayğılarla yaşayır”...
Bunu VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Seçicilərim deyirlər, vallah, indiki zamanda tənbəl olmayan insanın çörəyi var. Kim ki, əlini ağdan-qaraya vurmur, oturub ancaq deyinir, fəaliyyət göstərmir... Neçə sot torpaq sahələri var, əkib- becərə, toyuq-cücə saxlaya bilərlər. Cəlilabaddakı kənd camaatı deyir ki, mal-heyvan bəsləyərək, toyuq-cücə saxlayaraq dolanırlar” – E.Nəsirov qeyd edib.(pravda.az)
pia.az