Aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu son günlər bütün məclislərə birlikdə qatılırlar
Axşam.az-ın məlumatına görə, sənətçilər bir neçə aydır ki, duet ortağı olublar.
Müğənni Eldəniz Məmmədov Əli və Samirə haqda maraqlı açıqlama verib. O, “5/5” verilişində bildirib ki, aşıqlar bir-birinə qadağa qoyub:
“Əli ilə Samirənin müqaviləsi var. Əli qoymur Samirə kiminləsə duet oxusun. Eləcə də Samirə Əlini qoymur. Notariusda da müqaviləyə möhür vurulub”.
Qeyd edək ki, Samirə Əli ilə duet oxuyandan sonra İnstaqram səhifəsini də bağlayıb.
pia.az