Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli İnsanovun partiyası uzağa getməz” – Sərdar Cəlaloğlu

Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının (HƏP) Azərbaycan cəmiyyətində təsiredici rola sahib olmaq ehtimalı varmı?

ADP sədri: “Düşünmürəm ki, Azərbaycan cəmiyyətinin indiki vəziyyətində kimsə, hansısa partiya uzağa gedən nəticələr əldə edə bilsin”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Əli İnsanovun yaratdığı partiyanı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Əli İnsanov dünən sosial şəbəkədə yeni partiya yaratdığını məlumat verib. Adına yaratdığı Facebook səhifəsində Ə.İnsanov yazıb ki, bu gün, 24 noyabr 2019-cu ildə,siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının (HƏP) təşkilat komitəsi barədə müzakirə aparıblar.

O, daha sonra detalları da paylaşıb və bildirib ki, biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Ə.İnsanov statusda qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.

Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının (HƏP) Azərbaycan cəmiyyətində təsiredici rola sahib olmaq ehtimalı varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “İndiki halda yeni partiya yaratmaq ideyası Əli Həsənova məxsusdursa, yəqin ki, bu partiya uzağa getməz”.

Əli İnsanovun yeni partiya yaratmasında indi qabağa qaçıb nəticə çıxarmaq istəməyən ADP sədri bildirib ki, yaradılan partiyanın təsisçilərinə də fikir vermək lazımdır:

“Əli İnsanovun yeni partiya yaratmasında indi qabağa qaçıb nəticə çıxarmaq mümkün deyil. Biz hadisələrin hansı istiqamətdə getməsin gözləməliyik. Çünki Əli İnsanovun partiya quruculuğunda elə bir təcrübəsi yoxdur. Həmçinin də bir nəfər partiya yarada bilməz. Müəyyən qurup insan bir araya yığışıb partiya yarada bilər. İndiki halda yeni partiya yaratmaq ideyası Əli Həsənova məxsusdursa, yəqin ki, bu partiya uzağa getməz.

Qeyd edim ki, yaradılan partiyanın təsisçilərinə də fikir vermək lazımdır. Bilmək lazımdır ki, onların potensialı var, ya yoxdur. Həmçinin təşkilatda iş görmək qabliyyətinə malikdirlər və s. Bütün bunlara görə əvvəlcədən proqnoz vermək istəmirəm.

Amma düşünmürəm ki, Azərbaycan cəmiyyətinin indiki vəziyyətində kimsə, hansısa partiya uzağa gedən nəticələr əldə edə bilsin”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar