Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

PİA.az xəbər verir ki, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, bu günədək işğaldan azad edilmiş rayonların geoloji xəritələri təftiş edilib, fond məlumatlarına əsasən mövcud olmuş mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib. Bu rayonlarda mövcud olan 167 yatağın kadastr işləri icra edilib, işğal dövründə talan edilən 52 yatağın təftişi və monitorinqi aparılıb, dəymiş ziyanın ilkin qiymətləndirilməsi aparılıb. Yeraltı su mənbələrinin öyrənilməsi istiqamətində Ağdam rayonunda 523, Füzuli rayonunda 68 quyu təftiş edilib. İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilmiş, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

İşğaldan azad edilən ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanmışdır. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın Palıd və Şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.

Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilən ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, ZəngilanFüzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq.

Görüşdə həmçinin “Azərsky” peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanan ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyəti İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar