Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalinin banklardakı əmanətləri artıb


31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 mln. manat, kredit potfeli 11 552 mln. manat, cəmi öhdəlikləri isə 23 630 mln. manat təşkil edib


Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 929 mln. manat, əhalinin əmanətləri isə 7 868 mln. manat olub. 

2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri 0.3% (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1.5% (57 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Belə ki, kredit portfeli may ayı ərzində 1.1% (130 mln. manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit itkilərinin qarşılanmasına yönəldilib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% (159 nəfər) artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3% (491 nəfər) artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar