Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX külli miqdarda psixotop dərmanları tutdu

Narkotacirlər 7 kiloqram heroini və 9 kiloqram tiryəki atıb İrana qaçdılar


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

 DSX-nin mətbuat mərkəzindən  verilən xəbərə görə, Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu  Biləsuvar-Salyan şosesinin kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd  “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən DSX-nın əməkdaşları tərəfin­dən saxlanılıb.

 Bundan başqa, Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif  formalı  pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkarlanıb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.

 Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində isə  İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.

 Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Ən çox oxunanalar