Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti: İraqdan hərbi qüvvələrin çıxarılmasını müzakirə etmək niyyətimiz yoxdur

“ABŞ Yaxın Şərqdə müsbət gücdür. Bizim İraqda hərbi varlığımız İŞİD-ə qarşı mübarizəni davam etdirmək üçündür. Dövlət katibi Mayk Pompeonun da dediyi kimi, biz amerikalıları, iraqlıları və müttəfiqlərimizi müdafiə etməyə sadiqik”...

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib.

İraqda İŞİD-lə mübarizənin vacibliyi birmənalıdır. İraqa göndərilən nümayəndə heyətinin məqsədi ordunun çıxarılması ilə bağlı müzakirə aparmaq deyil. Prezident Donald Trampın NATO-nun Yaxın Şərq prosesində yaxından iştirak etməklə bağlı çağırışına uyğun olaraq bu gün NATO nümayəndələri Dövlət Departamentində oldular. Bütün bunlara baxmayaraq, İraqABŞ hökumətləri arasında müzakirələrə ehtiyac var və bu müzakirələr yalnız təhlükəsizlik məsələləri ilə bağlı deyil, həm də iqtisadi və diplomatik əməkdaşlıqla əlaqəlidir. Biz stabil və suveren İraqla dost olmaq istəyirik”, - deyə M. Ortaqus vurğulayıb.

Xatırladaq ki, İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib.

pia.az


Etiket: Morqan Ortaqus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar