Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Agentliyi: Azərbaycana səfər etmək üçün ən çox İran vətəndaşları elektron viza alıb - Siyahı

"Bu günə kimi Azərbaycana səfər etmək istəyən əcnəbilərə 900 000-ə yaxın elektron viza verilib"

Bunu "Report"un sorğusuna cavabında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, müraciətlərin çoxluğuna görə ilk onluqda İran İslam Respublikası (227 745), Səudiyyə Ərəbistanı (68 073), Pakistan (66 755), Türkiyə (56 546), Hindistan (52 759), Birləşmiş Ərəb Əmirlikləri (43 402), İsrail (37 949), Türkmənistan (34 044), Böyük Britaniya (31 147) və Almaniya (23 195) yer alır.

Şöbə müdiri xatırladıb ki, 95 ölkənin vətəndaşı və vətəndaşlığı olmayan şəxslər elektron viza üçün müraciət edə bilərlər: "Elektron viza tək girişlidir və etibarlılıq müddəti, ölkədə qalma müddəti 30 gün olmaqla, 90 gün təşkil edir. Standart və təcili elektron viza mövcuddur. Müraciətlər tək və ya qrup (2-10 nəfər) şəklində edilə bilər. Hazırda portal 7 dildə təqdim olunur: Azərbaycan, ingilis, rus, fransiz, ispan, ərəb, fars, alman və italyan".

E.Niftəliyev qeyd edib ki, bu ilin may ayının 15-dən etibarən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən beynəlxalq statuslu hava limanlarında ASAN vizaların verilməsinə başlanılıb: "Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi qüvvədədir. Bu dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ASAN Viza vasitəsilə gəliş vizalarını əldə edirlər. Əcnəbilər özunəxidmət terminalları vasitəsilə və ya ASAN Viza pəncərələrinə yaxınlaşaraq vizalarını alırlar".

Agentliyin sözçüsü bildirib ki, hazırda sadələşdirilmiş viza rejimi Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, İndoneziya, İran İslam Respublikası, İsrail, Koreya Respublikası, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur, Türkiyə Respublikası, Yaponiya, ABŞ (Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 günlük viza rəsmiləşdirilir) üçün tətbiq olunur: "Hava limanında alınan viza ilə Türkiyə Respublikası vətəndaşları 60 gün, digər ölkənin vətəndaşları 30 gün qala bilər. Yaponiya vətəndaşları üçün viza ödənişsizdir".

pia.az


Etiket: Elektron viza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar