Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifatla bu linkdə tanış olmaq mümkündür) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:

Fiziki tərbiyə müəllimliyi;

Rəqs müəllimliyi;

Aktyor sənəti;

Aşıq sənəti;

Bədii yaradıcılıq işi;

Dekorativ tətbiqi sənət (sahələr üzrə);

Dizayn (sahələr üzrə);

Heykəltaraşlıq;

Xoreoqrafiya sənəti (sahələr üzrə);

İnstrumental ifaçılıq (alətlər üzrə);

Kinooperator sənəti;

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

Rəngkarlıq (sahələr üzrə);

Teatr dekor sənəti;

Vokal sənəti (sahələr üzrə).

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar